18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Sürücülər cərimələnəcək” – Təcili-yardım maşınlarının kameraları çəkir (Video)
Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Amma bu respublikanın bütün təcili tibbi yardım maşınlarına aid edilməyəcək. Bu yenilik Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına aiddir.
Emtv.azxəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə əlaqəli süjet hazırlayıb.
Mirələm Cəlalov – Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: “Həmin kameralar internet üzərindən canlı olaraq dispetçer məntəqəsiylə bağlantı yaradır. Bizim burada oturan dispetçer vəziyyətə nəzarət edəcək”.
Kameralar vasitəsilə hadisənin miqyası qiymətləndiriləcək. Qəza, yaralılar, ağır vəziyyətlər olarsa, GPS naviqasiya vasitəsilə həmin yer müəyyən edilir və əlavə həkim briqadasını qəza yerinə göndərir. Bunun üçün artıq məşhur texnoloji şirkətlərlə danışıqlar aparılır.
Hansı ki, onlar təcili tibbi yardım maşınlarında kameralar quraşdıracaqlar.
Bu təcrübədən xarici ölkələrdə geniş istifadə olunur. Təcrübəyə digər təcrübəni də əlavə etmək olar. Məsələn quraşdırılacaq kameralar həkimlərə, qəzaya nəzarət etmək üçündür. İnsanlara yerində yardımı nəzərdə tutur. Digər tərəfdən təcili yardım maşınına yol verməyən digər sürücüləri də qeydə ala bilər.
Ərşad Hüseynov – Nəqliyyat eksperti: “Müəyyən olunsa ki, yol verə bilərdi, lakin bilərəkdən yol verməyib, o zaman bu barədə tədbir görülə bilər”.
Bəli, bu da lazımdır. Çünki təcili tibbi yardıma yol verməyən sürücülər var. Və bu hal da qanunla tənzimlənir. Kamera görüntüsü bazaya yönlənsə polisə də məlum olar ki, təcili tibbi yardım maşınına hansı sürücü yol vermir və onun cəzalandırar.
Digər bir məsələ, bəzi təcili yardım maşını sürücüsü tibbi maşını başqa məqsədlər üçün istifadə edir. Bax buna da kameralar vasitəsilə nəzarət olunar. Təcili çıxışda olmayanda qəza səsləri verməz, sürət həddini aşmaz.
Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılması regionlarda ona görə olacaq ki, böyük qəzalar magistral yollarda, bölgələrə yaxın ərazilərdə baş verir. Bu yenilik 2018-ci il üçün nəzərdə tutulub. Yəni tezliklə həyata keçiriləcək.
Emtv.az