18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Azərbaycana 230 milyard dollar sərmayə qoyulub” – İlham Əliyev
“İşğal faktına baxmayaraq, Azərbaycan uğurla inkşaf edir”.
Emtv.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib. O bildirib ki, Azərbaycan yoxsulluq və işsizliyin aşağı olması baxımından dünyada aparıcı mövqedədir: “Ötən dövr ərzində 3000-dən artıq məktəb, 600-dən artıq xəstəxana tikilib və əsaslı təmir olunub”.
İlkin dövrdə əsas diqqətin iqtisadi, siyasi müstəqilliyin təmin olunmasına yönəldiyini söyləyən dövlət başçısı qeyd edib ki, ölkə iqtisadi cəhətdən müstəqil olmasa, siyasi baxımından da müstəqil ola bilməz: “Yürütdüyümüz siyasət Azərbaycan xalqının maraqlarına söykənir. Son 10 ildə Azərbaycan iqtisadiyyatü 3,5 dəfə artıb. Bu, çox yüksək göstəricidir. Davos İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə hesabatına əsasən Azərbaycan 35-ci yerdədir. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan inklüziv inkişaf seqmentində isə dünyada 3-cü yerdədir”.
Prezidentin sözlərinə görə, Azərbaycan adambaşına düşən sərmayələrə görə aparıcı yerdədir: “Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq”.
Emtv.az