18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BQXK-dan Dilqəm və Şahbaz açıqlaması: “Məqsədimiz…”
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məqsədi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundakı doğma torpaqlarında olarkən ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə humanist münasibətin təmin olunmasıdır.
Emtv.az xəbər verir ki, bu barədə Trend-ə BQXK-nin baş ofisindən bildiriblər.
Bundan başqa, BQXK-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, təşkilatın nümayəndələri müntəzəm Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkir: “Bu səfərlərin məqsədi onların saxlanma və müalicə şərtləri ilə tanışlıq və öz ailələri ilə əlaqənin dəstəklənməsidir”.
O qeyd edib ki, axırıncı belə səfər bu ilin fevralında baş tutub: “Amma BQXK öz monitorinqlərinin nəticələrini açıqlamır, əvəzində bu nəticələri müvafiq orqanlarla ikitərəfli və özəl şəkildə müzakirə edir”.
Qeyd edək ki, bir müddət əvvəl İnsan Haqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitənin saytında Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncələr verilməsi barədə faktlar yer almışdı.
Emtv.az