18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Şahbaz gəzə bilmir, vəziyyəti pisdir” – Girovun qardaşı
Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi saytında kəlbəcərli girovlar – Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsinə dair faktlar göstərilib.
Emtv.az xəbər verir ki, Şahbaz Quliyevin qardaşı İlham Quliyev azvision.az-a açıqlamasında işgəncə faktlarını təsdiqləyib.
O, qardaşının vəziyyətinin pis olduğunu deyib: “Qardaşıma və Dilqəmə işgəncə verilməsindən xəbərim var. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hər dəfə bizə onların yaxşı olduğunu, nəzarət altında saxlanıldığını deyirlər. Amma mən yaxşı bilirəm ki, onların vəziyyəti pisdir. Deyəsən, bu gedişlə girovların meyitlərini alacağıq. Bu qədər işgəncəyə insan necə dözsün?! Şahbaz son məktubunda xəstə olduğunu, gəzə bilmədiyini yazıb. O, heç yemək yeyə də bilmir. Ödünü çıxarıblar, vəziyyəti çox pisdir”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Emtv.az