18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Şahbaz Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi – İrəvanda
Hazırda erməni girovluğunda olan və Şuşadakı həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyevin səhhətində ciddi problem yaranıb və o, İrəvanda xəstəxanaya yerləşdirilib.
Emtv.az report-a istinadən xəbər verir ki, bu barədə Şahbaz Quliyevin qohumu məlumat verib.
O bildirib ki, onlara verilən məlumata görə, Ş.Quliyev bundan sonra bir ay müddətində Yerevanda xəstəxanada saxlanılacaq: “Bizə Şahbaz Quliyevin danışığı olan video görüntü gətirdilər. O, həmin görüntüdə bildirir ki, ödündən əməliyyat olunub, əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb və bir aydan sonra xəstəxanaya yerləşdirilib”.
Qohumunun sözlərinə görə, videodan Ş.Quliyevin səhhətinin çox ağır olduğu aydın sezilir: “Şahbaz deyir ki, həzm sistemində ciddi problem var, nə yemək yeyə bilir, nə də yediyi yeməyi normal həzm edə bilir”.
Xatırladaq ki, Ş.Quliyev erməni girovluğunda olduğu müddətdə üçüncü dəfədir ailəsinə videogörüntü təqdim olunur.
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib.
Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.
Emtv.az