SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"...Türkiyə - Ermənistan münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz"-Deputatdan açıqlama

9-03-2018, 12:52 | Oxunub: 8 722 |

"...Türkiyə - Ermənistan münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz"-Deputatdan açıqlama

Azərbaycanın işğal olunmuş əraziləri azad edilmədən Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz.

Emtv.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan deputatı Mətin Külünk Ermənistan-Türkiyə protokollarının ləğvini şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması Türkiyə üçün prioritetdir: “Ermənistan bu protokolları ləğv etməklə rəsmi Ankaraya siyasi təzyiq göstərmək istəyir. Bununla belə, İrəvan yaxşı anlayır ki, Türkiyə Azərbaycanla bağlı məsələdə heç bir güzəştə getməyəcək. Prinsiplərdən çıxış edərək Ankara Ermənistanın protokolların ləğv edilməsi haqqında qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyə bilər”.

M.Külünk deyib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini bəyan etsə də, Avropa və ABŞ-da qondarma “erməni soyqırımı” ilə bağlı fəal təbliğat aparıb: “Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmağa hazır olduğunu dəfələrlə bəyan edib, lakin Ermənistan və erməni lobbisi indiyə qədər bu təklifdən imtina edir. Bunun da səbəbi odur ki, onlar bu yalanla yaşayırlar”.

Xatırladaq ki, 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqqında protokolların ləğv olunduğunu elan edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR