18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Prezidentliyə 7 namizədin imza vərəqələri MSK-ya təqdim edilib
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 7 namizəd namizədliyinin qeydə alınması üçün tələb olunan imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Trend-in məlumatına görə, bunu MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev jurnalistlərə deyib.
İşçi Qrupun rəhbəri qeyd edib ki, martın 12-də saat 18:00-a qədər namizədlər namizədliyin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya təqdim etməlidirlər.
E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır. O bildirib ki, bu proses davam edir: “MSK imzaların yoxlanılması prosesini açıq elan edib. Yəni kim istəyirsə, imzaların yoxlanılması prosesi ilə tanış ola bilər”.
KİV nümayəndələri MSK-da prezidentliyə namizədlərin təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesi ilə tanış olublar. Bildirilib ki, bundan öncə də siyasi partiyaların nümayəndələri, namizədin səlahiyyətli nümayəndələri prosesi izləyiblər.
Emtv.az