17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qanunları pozan daha 15 əcnəbi saxlanıldı
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
Emtv.az DMX-dən verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 7 nəfər Pakistan, 6 nəfər Hindistan, 2 nəfər Şri Linka vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb.
Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Hindistan və 2 nəfər Şri Linka vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olmaq adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.
Saxlanılan digər əcnəbilərin ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib. Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.
Emtv.az