SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Qanunsuz miqrasiya kanalı təşkil edən şəxslər saxlanıldı

22-01-2018, 14:17 | Oxunub: 11 746 |

Qanunsuz miqrasiya kanalı təşkil edən şəxslər saxlanıldı

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı 14 nəfər Pakistan İslam Respublikası və 1 nə­fər Hindistan Res­­pub­li­ka­sı və­tən­da­şı sax­­­lanılıb.

Emtv.az DMX-ə istinadən xəbər verir ki, araşdırma zamanı ölkədə qanunsuz ya­şadığı üçün DMX tərəfindən saxlanılmış Hin­dis­tan vətəndaşı Nema Devi Haibamın əsasən Şərq ölkələri vətəndaşlarının Azər­bay­can əra­zisindən tranzit kimi istifadə etməklə Avropa, Ukrayna, Rusiya Fede­ra­siyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.

Digər şəxs – “Şah” ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.

N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməkliyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının bu il yanvarın 12-də Azərbaycan ərazisini İtalya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və “viza”ları onlara təqdim etmyib.

Həmçinin N.D.Haibam daha 6 əcnəbi ilə birbaşa razılaşma əl­də edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çe­vir­ib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın Amerikaya və digər ölkələrə əc­nə­bi­lə­rin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr ya­rat­dığı müyyən olunub.

Beləliklə Nema Devi Haibam və Syyed Muhammed Farrukh Razı əcnəbiləri inandırmaqla onların küllü miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Qeyd olu­­nan əc­nə­bi­lə­­rin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar öz təs­diqini tapıb və qanunsuz miqrasiya kanalını təşkil edən şəxslər ifşa edilərək zə­rərsizləşdirilib.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR