SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikanın gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb

26-02-2018, 08:52 | Oxunub: 11 751 |

 Muxtar respublikanın gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb

Ümummilli lider Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılıb. O dövrdə Ali Məclisin Sədri işləyən Ulu Öndər muxtar respublikanın iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərimizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib. İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Bu illər ərzində muxtar respublika gömrük sistemi böyük inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini verib, qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənib. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilib, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin iş rejimi 24 saata, Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsinin iş rejimi isə 12 saata çatdırılıb. Ötən ilin dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı iqtisadi münasibətlərin və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri də geniş müzakirə olunub, Şahtaxtı-Poldəşt gömrük sərhəd-buraxılış məntəqəsinin iş rejiminin əlavə 4 saat artırılaraq 16 saata çatdırılması qərara alınıb.

Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublika gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb. 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni inzibati bina, 2015-ci ildə “Naxçıvan terminal kompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. Hazırda muxtar respublika gömrük sistemində ən müasir standartlar tətbiq olunur. Culfa, Şahtaxtı və Sədərək sərhəd-keçid məntəqələrində quraşdırılan rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn yüklərə və yük nəqliyyat vasitələrinə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir.

Gömrük sərhəd-buraxılış məntəqələrində tətbiq olunan “Sərhəd keçmə vaxtının ölçülməsi” sistemində mal və nəqliyyat vasitələrinin sərhəddən keçmə və buraxılış vaxtlarının qeydiyyatı avtomatik qaydada aparılır. Bu isə sərhəd keçmədən buraxılışa qədər olan müddəti müəyyən etməyə, gömrük prosedurlarının yerinə yetirilməsini, mal və nəqliyyat vasitələrinin hərəkətini ləngidən səbəbləri aşkarlayıb aradan qaldırmağa imkan verir.

Komitənin “Hədəf mərkəzi”ndə muxtar respublika ərazisində malların və nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi, gömrük orqanlarında quraşdırılmış müasir tipli müşahidə kameralarının imkanlarından istifadə olunmaqla iş prosesinə 24 saat nəzarət edilməsi, gömrük əməliyyatlarının monitorinqinin aparılması və riskin idarə olunması sistemi əsasında effektiv gömrük nəzarəti həyata keçirilir. Sərhəd gömrük-buraxılış məntəqələrindən muxtar respublika ərazisinə idxal və ya tranzit rejimində daxil olan yüklü nəqliyyat vasitələri xüsusi mexaniki kilidlə – GPS sistemi ilə təmin olunur, müəyyən edilmiş marşrut üzrə təyinat gömrük orqanına vaxtlı-vaxtında çatdırılma nəzarətdə saxlanılır. Eyni zamanda, sərhəd-buraxılış məntəqələrində quraşdırılmış “Gömrük” köşkləri üç dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar.

Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük-biznes əməkdaşlığının artırılması məqsədilə informasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin arealı ilbəil genişləndirilir. Sərhədi keçən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti vahid elektron sistem halında aparılır. Belə ki, gömrük bəyannamələri və digər mal-müşayiət sənədləri gömrük orqanlarına elektron imza vasitələri ilə imzalanmaqla tam elektron şəkildə təqdim edilir. İdxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı daha bir yenilik isə ilkin bəyanetmə elektron xidmətidir. Bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edir və bununla da, sərhəd-buraxılış məntəqələrində bəyan edilən mal və nəqliyyat vasitələrinin daha sürətli keçidi təmin olunur.

Muxtar respublikada gömrük nəzarəti ilə yanaşı, gətirilən mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi də beynəlxalq standartlar tətbiq edilməklə “bir pəncərə” prinsipinə uyğun həyata keçirilir. Gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsində “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemləri tətbiq olunur. Xarici iqtisadi fəaliyyət iştirakçısı sənədlərini gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təqdim etdiyi təqdirdə rəsmiləşdirmə prosesi 5-10 dəqiqə ərzində başa çatdırılır.

Naxçıvan gömrüyü muxtar respublikamızın iqtisadi mənafeyini və təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu artır, gömrük işinin iqtisadi göstəriciləri yüksəlir. Hər il dövlət büdcəsinin formalaşdırılması məqsədilə müəyyən olunmuş proqnoz-tapşırıq artıqlaması ilə yerinə yetirilir.

Dövlət Gömrük Komitəsi, eyni zamanda, hüquq-mühafizə orqanı olaraq əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi ilə qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə ən mütərəqqi üsullаrdаn istifаdə оlunur, kinoloji xidmətin keyfiyyəti yüksəldilir, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət təmin edilir. Gömrük xidmətində hədəflərin idarə olunması sistemi, müasir texnika və avadanlıqlarla təchiz edilən mobil qruplar fəaliyyət göstərir. Bu sahədə görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq son illər hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir. 2017-ci ilin iyun ayında Şahtaxtı sərhəd-keçid məntəqəsində muxtar respublika üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitəsindən 94 kiloqrama yaxın narkotik vasitə – heroin aşkarlanması Naxçıvan gömrükçülərinin transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində böyük nailiyyətidir.

Gömrük orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də daxili bazarın qorunmasıdır. Bu sahədə görülən işlər xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Gömrük orqanları tərəfindən yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər nəinki muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə, o cümlədən ixrac potensialının artmasına da əlavə stimul verir. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur. Keyfiyyət göstəricilərinin təyini ilə bağlı məhsullardan alınan prob və nümunələrin ekspertizası həyata keçirilir.

Son illərdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərir. Naxçıvan Muxtar Respublikası dünyanın 63 ölkəsi ilə ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsində ixrac əməliyyatlarının həyata keçirildiyi ölkələrin miqyasının ilbəil genişlənməsi müşahidə olunan mühüm yeniliklərdəndir. Qonşu İran və Türkiyənin gömrük xidmətləri ilə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri regionda ticarət və gömrük münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir. Ötən ilin may ayında Naxçıvan şəhərində Azərbaycan və Türkiyə Gömrük xidmətlərinin əməkdaşları arasında hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzusunda işgüzar görüşün, iyun ayında GUAM ölkələrinin Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclasının, iyulda Urmiya şəhərində İran-Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşünün keçirilməsinin mühüm əhəmiyyəti olmuşdur.

Gömrük işi sahəsində muxtar respublikada yaradılan hərtərəfli şərait qarşıya qoyulmuş vəzifələrin bundan sonra da uğurla icra olunmasına imkan verəcək.

Emtv.az
 Muxtar respublikanın gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb
 Muxtar respublikanın gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR