18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Sadıqovdan sensasiyalı açıqlama: Dino deyibmiş ki…
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun qış transfer pəncərəsi zamanı Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” komandasına satmasınının səbəbləri ilə əlaqədar sensasiyalı faktlar açıqlayıb.
Emtv.az xəbər verir ki, R.Sadıqov yerli mətbuata verdiyi geniş müsahibəsində bu məsələ ilə bağlı baş məşqçi Qurban Qurbanova və kluba yönələn tənqidlərin haqlı olmadığını bildirib. O deyib: “Baş məşqçimiz Qurban Qurbanov futbolçuların komandaya sevgisinə, sədaqətinə xüsusi diqqət yetirir.
Bir müddət əvvəl Ndlovunun adından açıqlamalar yayıldı ki, o, “Qarabağ”da qalmaq istəyib və guya Qurban Qurbanov onu komandada saxlamaq istəməyib. Mən bilmirəm, o, həqiqətənmi belə söz söyləyib, ya yox. Amma əsl həqiqət budu ki, Dino Çindən təklif alan kimi hay-küy qaldırdı ki, mən çıxıb getmək istəyirəm. Hələ qış fasiləsi zamanı o, kluba mesaj göndərdi ki, Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəmir. Təsəvvürünüzə gətirin, hətta burda tanıdığı taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin. Halbuki onun “Qarabağ”la hələ bundan sonra ilyarımlıq müqaviləsi vardı”.
R.Sadıqov bildirib ki, məhz bu hadisədən sonra Q.Qurbanov Cənubi afrikalı hücumçunun gedişinə razılıq verib:
“Çünki Qurban müəllimin prinsipi budu ki, hər bir futbolçu oynadığı komandaya birinci növbədə ürəkdən bağlı olmalıdı. Əgər kimsə komandada qalmaq istəmirsə, könlü başqa klubdadısa, Qurban müəllim o futbolçunu komandasında saxlamaz. Bu söhbətlərdən sonra da Dino Çin klubuna satıldı. Onun satılmasına görə ünvanımıza tənqidlər doğru deyil. Əsl həqiqət bax bunlardan ibarətdir.
Ümid edirəm, bundan sonra azarkeşlər və media bizi daha yaxşı anlayacaqlar. Birdə ki, “Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb. “Qarabağ”ın Dinoya xeyri daha çox oldu, nəinki onun komandaya. Biz bundan sonra da öz qələbələrimiz, komandamızı uğura aparmaq barədə düşünürük”.
Emtv.az