18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İngilislər “Qarabağ”ın start heyətini açıqladı
Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində sabah “Çelsi”nin qonağı olacaq “Qarabağ”ın ehtimal “11-liy”i açıqlanıb.
Emtv.az apasport.az-a istinadən xəbər verir ki, Britaniya mətbuatında bununla bağlı yazı dərc edilib.
“Qarabağ”ın üzvü Ansi Aqollinin Albaniya yığmasında zədələnməsindən xəbərsiz olan ingilis həmkarlarımız təcrübəli müdafiəçinin adını da Ağdam klubunun start heyətinə daxil ediblər. Onların fikrincə, baş məşqçi Qurban Qurbanov son transferlər – Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevə Londondakı qarşılaşmada ilk “11-lik”də yer verməyəcək.
Həmkarlarımızın ehtimallarına görə, “Qarabağ” “Stemford Bric”ə bu heyətlə çıxacaq: İbrahim Şehiç, Maksim Medvedev, Yakub Jezniçak, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Vild-Donald Gerrye, Miçel, Riçard Almeyda, Mahir Mədətov, Dino Ndlovu.
Təbii ki, Aqollinin durumunu nəzərə alsaq, onun “Çelsi”yə qarşı oynayacağı inandırıcı deyil. Qurban Qurbanov da Ansinin zədəli olduğunu təsdiqləmişdi. Bundan əlavə, “Kopenhagen”lə cavab görüşündə xəsarət alan Vild-Donald Gerrye “Qəbələ” ilə çempionat matçında komandasına kömək edə bilməmişdi. Bu mənada, baş məşqçinin meydana buraxacağı heyətdə başqa dəyişikliklərin də olması mümkündü.
Qeyd edək ki, “Qarabağ” ÇL-in qrup mərhələsinə qədər Gürcüstanın “Samtredia”, Moldovanın “Şerif” və Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdırıb.
Emtv.az