18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Razılaşdırılmamış aksiyaların qarşısı alınacaq” – Nazir müavini açıqlama verdi
Azərbaycanda seçkilərin təhlükəsizlik şəraitində keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanaraq yerlərə göndərilib.
Emtv.az trend-ə istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
O qeyd edib ki, seçkilərin sabitlik və təhlükəsiz şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir.
Nazir müavini bildirib ki, Azərbaycanda sabitlik xalqın iqtidara olan inamının nəticəsidir: “Bu gün Azərbaycan dünyada ən sabit ölkələrdən biridir. Seçkilərin ölkə qanunvericiliynə uyğun olaraq və təhlükəsizlik, ictimai sabitlik şəraitində keçirilməsi üçün Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib”.
O.Zalov vurğulayıb ki, təşviqat kampaniyası zamanı namizədlərin təhlükəsizliyi tam təmin olunacaq: “Səsvermə günü seçki məntəqələri polis nəzarətinə götürüləcək və təhlükəsizlik tam təmin olunacaq. Xarici nümayəndələrin təhlükəsizliyinin təmin edilməsi üçün post-patrul xidmətlərinin dislokasiyasında dəyişiklik nəzərdə tutulur”.
Daxili işlər nazirinin müavini deyib ki, dini, irqi ayrı-seçkiliyə, ədavətə çağırış edən hərəkətlərin qarşısının alınması ilə bağlı müvafiq plan mövcuddur və bu cür hərəkətlərə qətiyyən imkan verilməyəcək: “Səsvermə və səsvermədən sonra razırlaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.
Emtv.az