17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Daxili işlər nazirinin müavini rüşvət alarkən tutuldu
Ukrayna hüquq-mühafizə orqanları ölkənin daxili işlər nazirinin müavini Vadim Troyanı 77,2 min dollar rüşvət almaqda şübhəli bilərək tutub.
UNN agentliyi xəbər verir ki, Ukrayna daxili işlər naziri Arsen Avakovun müavini Vadim Troyan rüşvət alarkən tutulub.
Məlumata görə, bir müddət əvvəl Arsen Avakov dövlətin yuxarı eşalonunda cinayətkarlığın yolverilməz olduğunu bildirib.
Xatırladaq ki, bu günlərdə Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixeil Saakaşvili ilə Arsen Avakov arasında münasibət gərgin olub.
2015-c il dekabrın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko başçılığı ilə keçirilən müşavirədə daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili arasında münaqişə baş vermişdi.
Həmin müşavirədə onlar bir-birini təhqir edərək “korrupsioner” adlandırmışdılar.
A.Avakov çıxış edən zaman M.Saakaşvili bir neçə dəfə onun sözünü kəsmişdi. M.Saakaşvili daxili işlər nazirini korrupsiyada və rüşvət almaqda ittiham etmişdi. Bundan sonra A.Avakov qarşısındakı su bakalını Odessa vilayətinin qubernatoruna tərəf atmışdı.
Emtv.az