18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiya səfirindən Dağlıq Qarabağ açıqlaması: “Konkret “resept” yoxdur”
“Rusiya ABŞ və Fransa ilə birgə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şəraitin yaradılması üçün hər şeyi edir”.
Emtv.az trend-ə istinadən xəbər verir ki, bunu erməni KİV-lərinə Rusiyanın bu ölkədəki səfiri İvan Volınkin deyib.
Səfir onu da əlavə edib ki, münaqişənin həlli ATƏT Minsk qrupunun məsuliyyət dairəsindədir, bununla belə, həmsədrlər yalnız vasitəçilik fəaliyyətini həyata keçirirlər: “Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın bu problemin həlli ilə bağlı konkret “resepti” yoxdur.
Nizamlanma ilə bağlı yalnız Ermənistan və Azərbaycan razılığa gələ bilər. Rusiya isə ABŞ və Fransa ilə birgə lazımi şəraitin yaradılması üçün hər şeyi edir. Yekun qərar Bakı və Yerəvandan asılıdır”.
Emtv.az