SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur.

8-02-2018, 13:55 | Oxunub: 16 290 |

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yer almış neqativ hallar məhz aşağıda yazılan halların təzahürləri kimi diqqəti cəlb edir. Kollecin direktoru Bəxtiyar Bəxtiyarovun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları isə, hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır.

Emtv.az cumhuriyyet.az istinadən yazılanları olduğu kimi izləyicilərimizin diqqətinə çatdırırıq.

Cumhuriyyet.az qeyd edir ki, bu günədək mediada yer almış və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalardan belə məlum olur ki, sözügedən kollecdə dözülməz vəziyyət yaranmışdır.

İlk öncə qeyd edək ki, Bəxtiyar Bəxtiyarovun rəhbərlik etdiyi Rabitə Kolleci o təhsil ocaqlarından hesab olunur ki, adı zaman-zaman medyanın gündəmini bəzəyir. Güman etməyin ki, kollec qazandığı təhsil uğurları ilə hamının diqqətini cəlb edir. Əsla və qətiyyən. Çünki, Bəxtiyar müəllimin rəhbərliyi altında kollec elm sahəsində uğurlar qazanmasa da, rüşvətxorluq, korrupsiya sahəsində öncüllərdəndir. Bu sahədə bir çox qocaman elm ocaqlarını qabaqlayan kollecdə həm də müəllim adına ləkə gətirən digər əməllər baş verir. Bu əməllərin biri ilə bağlı cumhuriyyet.az olaraq mediada rastlaşdığımız məlumat xüsusilə ilgincdir: "Kollecin Ceyhun adlı müəllimi rabitə "aşiqidir”. Onun rabitəyə olan bu "sevgisi” o həddə çatıb ki, kollecin xanım tələbələrinin telefon nömrələri ilə maraqlanmağa, onların "kolleksiyasını” toplamağa başlayıb. Sonradan isə adı Ceyhun müəllimin "soraq kitabçasına” düşən tələbələrə gizlin nömrələrdən zənglər edilməyə başlanıb və bu zənglər heç də "elmi məqsədlər” daşımayıb”. Təhsil Nazirliyi müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsini aparır. Bizcə Ceyhun müəllim kimi "rabitə aşiqlərinin” həm də digər "bacarıqlarının” diaqnostikası aparılsa pis olmazdı. Təhsil Naziri Mikayıl Cabbarov Bakı rabitə Kollecinin fəaliyyətinə bir azca diqqət yetirərsə çox qaranlıq mətləblərdən agah olar. Yoxsa kim bilir hələ neçə tələbə "müəllim qisasının” qurbanına çevrilə bilər.

Bundan başqa media üzərindən apardığımız araşdırmalarda Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yer almış çoxsaylı qanun pozuntuları və çeşidli neqativ hallar barədə məlumatlar da yer alır.

Məlum olduğu kimi bir müddət əvvəl Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Aydın Əliyev tutduğu vəzifədən azad olunmuşdu. Onun əvəzinə isə, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən kollecin direktoru vəzifəsinə Bəxtiyar Bəxtiyarov təyin olundu. Məlumat üçün qeyd edək ki, bu gün Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində əyani və qiyabi şöbələrdə "Mühasibatlıq uçotu”, "Gömrük işi”, "Vaqon və refrijerator təsərrüfatı”, "Nəqliyyatda daşınmaların ixtisası”, "Yol hərəkətinin inkşafı”, "Poçt rabitəsi”, "Radio rabitə”, "Radio və televiziya verilişləri”, "Çox kanallı telekommunikasiya sistemləri”, "Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vəsaitləri”, "Kompüter sistemləri və kompleksləri” ixtisasları üzrə mütəxəsislər hazırlanır. Bununla belə, redaksiyamıza daxil olan yeni məlumatlarda bu dəyişikliyin Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin fəaliyyətində heç bir müsbət nəticəyə səbəb olmadığı vurğulanır.

Belə ki, aldığımız məlumatlarda bu kollecdə yenə də çeşidli qanun pozuntularının, müxtəlif korrupsiya hallarının baş alıb getməsinə dair açıqlamalar yer almaqdadır. Kollecdə olan mənbələr bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğunu önə çəkirlər.

Mediada bir müddət öncə kollecin "Gömrük işi” ixtisası üzrə təhsil alan tələbə Camalov Cəlal tərəfindən təqdim olunmuş şikayət ərizəsini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: "Yazıb sizə bildirirəm ki, təhsil aldığım kollecdə imtahanlarda olan haqsızlıqlardan şikayətçiyəm. Xahiş edirəm ki, bu məsələ ilə bağlı aidiyyatı olan qurumlara müraciət edəsiniz. İmtahanda iştirak edən nəzarətçilər Ceyhun və Şahin müəlim tələbələrin imtahanı sərbəst və obyektiv şəkildə verməsinə mane olur və səbəbsiz yerə tələbələri imtahandan kənarlaşdırırlar. Həmin nəzarətçilər məni öz mənafeylərinə və prinsiplərinə görə qovulma həddinə çatdırmışdılar. Bu barədə direktor Bəxtiyarov Bəxtiyar müəllimə müraciət etdim. Lakin direktor insan şəxsiyyətinə toxunan ifadələr işlədərək mənimlə çox kobud danışdı və qovaçağı ilə hədələdi…”

Həmçinin oxşar ittihamlar saytımıza Həsənov Hatəm, Məhərrəmov İxtiyar və daha bir neçə başqa tələbələr tərəfindən təqdim olunan ərizələrdə də öz əksini tapıb.

Bildirilir ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur.

Məlumatı redaksiyamıza təqdim edən mənbənin sözləri ilə desək, burada direktorun göstərişilə müəllim heyəti tələbələrin "qanını sorur”.

Məlumatlarda qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Əslində bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə dərsə davamiyyətə məhəl qoymur. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur.

Əldə etdiyimiz məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rol oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də öz növbəsində, ümumi məbləğdən payına düşəni götürüb qalan hissəni məhz Bəxtiyar müəllimə təqdim edirlər…

Qlobal.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR