17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
...O, MƏNİM ATAM İDİ
- Atamın getdiyi yoldan dönüş yoxdur, O da,geri dönməyəcək.
- Əziz və dəyərli dostlarım!
- Bu yazıya başlamamışdan əvvəl çox düşünməli oldum, çox götür-qoy etdim. Bir çox suallara cavab verməli oldum: - hisslərimi sözlə ifadə edə biləcəyəmmi? Onu təsvir etmək üçün doğru ifadələr tapacağammı?
- Amma məni düşündürən əsas sual başqa idi.
- Görəsən mənim ümumiyyətlə Onun haqda yazmağa haqqım çatırmı?
- Axı o sıradan bir insan deyildi.
- O, böyük bir ailənin başcısı, bir elin ağsaqqalı, neçə-neçə insanın sirdaşı, neçə məzlumun güvənc yeri idi.
- Mənim üçün ən önəmlisi isə - 0, MƏNİM ATAM İDİ.
- Bəli mən məhz öz atam haqda yazmağa haqqım çatırmı deyə düşünürdüm.
- Bəs görəsən bu haqq övlada nə verə bilər?
- Bilmirəm bəlkə də heç bilməyəcəyəm də... Amma Atam haqqında yazmağa qərar verdim. Ən azından ona görə ki, Onsuz yaşadığımız bu illər ərzində bu yazını məndən gözləyənlər var.
- Atamın dostları, qohum-əqraba və təbii ki, ailəmiz.
- Elə ailədən də başlamaq istərdim. Daha doğrusu atamın ailəyə münasibətindən. Həyata yeni qədəmlərini qoyan, hər bir körpə ayaqda qalmaq, irəliləyə bilmək üçün bir dayaq nöqtəsinə, bir dəstəkə ehtiyacı olur.
- Təbii ki, belə bir dəstək ilk növbədə valideyindən, xüsusən də hər uşağın özlüyündə ən yenilməz, ən qüdrətli və ən müdrik hesab etdiyi bir varlıqdan - Atadan gözlənilir.
- Yəqin ki, bacı və qardaşlarım atamla bağlı öz xatirələrini bölüşmək üçün daha münasib bir məqam və zaman seçəcəklər.
- Mən isə hələlik yalnız öz adımdan danışmaq istəyirəm. Özümü xatrlaya bildiyim ən kiçik yaşlarımdan atamı sözün əsil mənasında arxamda hiss etmişəm. Düzü bütün uşaqlar kimi çox vaxt mən ona qısılar, arxasında gizlənərdim. Amma bir qədər düşünsək, görərik ki, elə əsil arxa-dayaq da bəzən arxasında qısılaraq gizləndiyimiz bir şəxsdir.
- Zaman keçir, uşaqlar böyüyür, dəyərlər isə durmadan dəyişir. Bəzən böyüklər kiçilir, kiçiklər isə böyüklərin yerini tutmağa can atırlar. Bu zaman atanın kiçilməməsi, övladlarının gözündə bir zaman malik olduğu gücü və böyüklüyü qoruyub saxlaya bilməsi çox vacib və həmdə çox çətindir.
- Mənim Atam isə bunu bacarmışdı.
- Necə?
- Çox sadə. Övladları böyüdükcə o da, böyüyür, müdrikliyini, gücünü artırırdı. Əgər valideyin övladlarına nəsihət etməkdən, onlara ən müxtılif problemlərini çözməkdə, həyatda düzgün mövqe seçmələri üçün ağıllı məsləhətlər verməkdən usanmırsa, o mütləq öz böyüklüyünü qoruyub saxlayacaq, zamanında isə ailə çərçivəsindən çıxaraq bir nəslin, bir elin ağsaqqlına çeviriləcəkdir.
- İstər məktəb illərində, istərsədə tələbəlik dövründə - hər zaman atamın məsləhətlərini duyurdum. Müstəqil həyata ilk qədəm qoyduğum zamandan aima atamın mənəvi dəstəyini hiss etdim, onun dəyərli tövsiyyələrini dinlədim.
- Bu gün mən tam səmimiyyətlə etiraf etməliyəm ki, həyatımda nail ola bildiyim ən ülvi dəyərlərə məhz atamın sayəsində malik ola bilmişəm.
_ATAMIN SEVDİKLƏRİ!
- Atam ümummiyyətlə həyat sevər insan idi. Həm həyatı, həm də Allahın xəlq etdiyi bütün məxluqatı çox sevərdi.
- Ailəsi, övladları, qohum-qardaşı, dost-tanış, - hər kəs atamın dəstəyini duyar, hər kəsə bu dəstəkdən pay düşərdi.
- Təbii ki, bu insanlar arasında məxsusi yeri olan, bir hacı xanım da var. Hacı Xanım - başımızın tacı, dünyamızın müqəddəs qibləsi - bizim anamızdır.
- Gözüm görən, ağlım kəsən zamandan atamın anama qarşı bəslədiyi sonsuz məhəbbətin şahidi olmuşam. Əslində bu iki insan arasında yaşanan hissləri sadəcə məhəbbət kimi dəyərləndirmək də düzgün olmazdı. Sonsuz etibar, qarşılıqlı hörmət və ehtiram, biri digərini bir baxışla, işarə ilə anlamaq qabliyyəti və əlbəttə ki, qarşılıqlı və səmimi sevgi.
- Gözəl xatırlayıram, atam hər evə döndüyündə onu ilk qarşılayan anam olmalı idi. Anamı görmədikdə əhvalı pozular, qaşları çatılar, gözlərinin dərinliklərində bir nigarançılıq, narahatçılıq sezilərdi.
- Yaxşı yadımdadır, bir dəfə Atam öz avtomobili ilə evə dönürdü. Darvazanı açmağa mən getmişdim. Maşından düşər-düşməz soruşdu ki, -Maman hanı?
- Evdədir deyə - cavab verdim.
-....!
- Xəstə olduğu vaxtlarda da həkim çağırmağa izin verməzdi - mənim həkimim elə evdədir - deyə söyləyərdi.
_ ÖVLAD SEVGİSİ...
Övladlarına bəslədiyi sevgisi də sezilən, duyulan bir hiss idi. Dünyada ən böyük arzusu, ən önəmli məqsədi övladlarına savad vermək olduğunu hər kəs bilirdi. Ulu yaradan bu arzunu onun ürəyində qoymadı.
- İslam şəriətinə əsasən atanın övladlarına olan əsas borcu onlara gözəl tərbiyə və təhsil verməkdir. Atam bu borcun da altından şərəflə çıxdı. Razılaşın ki, altı övllad böyüdüb, hamısına ali təhsil vermək heç də asan vəzifə deyil.
- Atam bizi ərköyün böyütmədi. Kiçik yaşlarımızdan zəhmətə alışdırdı, bizi savadlı, mübariz ruhda tərbiyyələndirdi.
- Bir də atam bizi özünə təkcə övlad yox, həm də dost bilərdi. Daima bizi səmimi söhbətlərə cəlb edər, problemlərimizin həllində dostcasına öz məsləhətlərini verərdi.
- Atam öz elinin, öz yurdunun vurğunu idi. Naxçıvanı canından çox sevərdi. Biz oğlanları Bakıya təhsil almağa gələndə xeyir-duasını verər və belə deyərdi: - Allah yolunuzu açıq eləsin. Ata-baba yurdunuzu yaddan çıxartmayın.
- Bakiya, bizə baş çənməyə gələndə də həmişə darıxar, Naxçıvana dönməyə tələsərdi.
- Birdə gözəllik aşiqi idi atam. Qadir Allahhın yaratdığı təbiətin gözəlliklərinə heyran idi. Evimizin qarşısındakı həyətdə müxtəlif gül-çiçək kolları əkib, onlara qulluq etməkdən xüsusi zövq alardı.
- Ən çox sevdiyi gül də elə qızılgül idi. Əkdiyi qızılgül kolları - sanki bu gün də onun ruhunu yaşadır, bizimlə birgə onun nisgilini çəkir.
- Bir də poeziyanın xüsusi yeri vardı atamın sevdikləri arasında. Romantik bir ruha malik idi atam. Ən çox xoşuna gələ şeir isə xalq şairi Səməd Vurğunun "Dünya" şeri idi...
P.S. Əziz və dəyərli dostlarım, yorucu olmasın deyə yazımın davamını 2-ci hissəyə saxladım...
Faiq ƏHMƏDOV:"Azərbaycanın Səsi" İB-in sədri, "Müstəqil Lider" jurnalının baş redaktoru, "Heydər Əliyev", "Qızıl "Qələm" "Azərbaycan Bayrağı" və "Vicdanlı Qələm" mükafatlarının lauriyatçısı
Emtv.az