17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Daha bir məşhur erməni Bakıya gəlmək istəyir
Moskvanın məşhur futbol klubu "Spartak"ın tibb departamentinin başçısı Mixail Vartapetov Bakıda - öz atasının vətənində olmaq istəməsindən danışıb.
EMTV.azyerli mətbuata istinadən məlumatına görə, doktor championat.som-a deyib: "Mənim əcdadlarım Qarabağdandırlar, sonradan bir hissəsi Bakıya köçüb. Atam orada doğulub, Moskvaya isə müharibədən sonra, Böyük Teatra daxil olanda gəlib. Bütün həyatı boyu da orada işlədi. Violonçeldə ifa edirdi. Anam isə rusdur, Moskvada doğulub. Buna görə məndə iki – şimal və cənub qan qarışığı var”.
Mixail Vartapetov bildirib ki, o vaxt Azərbaycanda ermənilərə çox yaxşı yanaşıblar: “Atam Bakıdan məmnunluqla danışırdı. Onun üçün şəhər, dostları çox böyük məna kəsb edirdi. Deyirdi ki, bakılılar öz dialekti, yumoru ilə insanların xüsusi kateqoriyasıdır. Onlar görüşürdülər, cavanlığı yada salırdılar. Heç nə qabaqcadan hadisələrin belə inkişafından xəbər vermirdi.
Mən Bakıda heç vaxt olmamışam. Mənim üçün Azərbaycana giriş böyük problemdir. Erməni soyadıma görə.
Çox istəyərdim ki, əcdadların vətəninə baş çəkim. Mənim arvadım ermənidir, o da əslən Bakıdandır, onun valideynləri də orada yaşayıblar. Və mən ümid edirəm ki, vaxt gələcək, biz maneəsiz bu əfsanəvi şəhərə gələ, mərkəzdə gəzə, onların ürəyi istəyən yerlərə baş çəkə biləcəyik. Atam arzu edirdi ki, məni ora aparsın".
EMTV.az