SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada yeni nəsil avtomat telefon stansiyaları quraşdırılır

1-02-2018, 11:10 | Oxunub: 11 757 |

Muxtar respublikada yeni nəsil avtomat telefon stansiyaları quraşdırılır

Muxtar respublikada yeni nəsil avtomat telefon stansiyalarının quraşdırılması işləri davam etdirilir.

Emtv.az xəbər verir ki, ötən il Naxçıvan şəhərinin Zərifə Əliyeva küçəsində 720, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərinin hər birində 384, Qarahəsənli kəndində 512, Babək rayonunun Payız kəndində 384, Gərməçataq kəndində 64, Ordubad rayonunun Üstüpü kəndində 384 nömrəlik yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilib. Naxçıvan şəhərinin Tumbul kəndində 448, Qaraxanbəyli kəndində 640, Şərur rayonunun Ələkli kəndində 512 nömrəlik mövcud avtomat telefon stansiyalarının yeni istifadəyə verilən kənd mərkəzlərinə köçürülməsi və xətt təsərrüfatının yenidən qurulması təmin edilib.

Şahbuz rayonunun Türkeş və Şada kəndlərinin hər birində 160 nömrə tutumlu kareltipli yeni avtomat telefon stansiyaları quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Ötən ilin mayında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında Ordubad rayonu ərazisində yeni nəsil telefon stansiyalarının qurulması ilə bağlı imzalanan müqaviləyə əsasən, rayon ərazisindəki mövcud 29 ədəd “Daewoo” və kareltipli avtomat telefon stansiyaları dəyişdirilərək yeni nəsil avtomat telefon stansiyaları ilə əvəzlənib. Bundan əlavə, əvvəllər avtomat telefon stansiyası olmayan Azadkənd, Vələver, Kələki, Qoşadizə, Xanağa kəndlərində və Ordubad şəhərinin Nəcəfqulu Rəfiyev küçəsində, ümumilikdə, 34 yeni nəsil avtomat telefon stansiyası montaj olunaraq istifadəyə hazırlanıb. Yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə bağlı Dəstə Radio Televiziya Verici Stansiyasının binasında yerləşən qovşaqdakı optik multipleksorlar daha müasir yeni SDH avadanlığı ilə əvəz olunub. Ordubad rayonunda NGN şəbəkəsi və avadanlıqların quraşdırılması, yeni prefikslərin ayrılması ilə əlaqədar avadanlıqların muxtar respublikanın telekommunikasiya sisteminə inteqrasiyası işləri icra edilib.

Yeni ATS-lərin qurulması və mövcud stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ötən il 2 min 562 ədəd yeni telefon nömrəsi istismara verilib. Yeni ATS qurulan ərazilərin kabelləşdirilməsi, kabel təsərrüfatının normativə uyğunlaşdırılması və cari təmir işlərinin icrası üçün 2017-ci ildə 193 min 836 metr rabitə xəttinin və 70 min 155 metr fiber-optik xəttinin tikintisi həyata keçirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR