18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazir: “Prezidentin bizə iradı tamamilə haqlıdır…”
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bərpası və abadlaşdırılması ilə bağlı layihə mövcuddur. Hazırda layihənin başa çatdırılması üçün işlər görülür”.
Emtv.az xəbər verir ki, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir əlavə edib ki, layihələndirmənin əsasında işlər görüləcək: “Amma orada insanlar yaşayır və bununla bağlı problemlər var. Bu məsələ həll olunandan sonra işlər görüləcək. Dövlət qurumları bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Təndiqdən nəticə çıxardacağıq”.
Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.
Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.
Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.
Emtv.az