18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanlı aktrisa ərindən ayrı düşüb, vətənə döndü - FOTOLARI

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyəyə gəlin köçən aktrisa Cəmilə Tağızadə yenidən Bakıya gəlib.
Bu haqda mətbuata özü danışan Cəmilə Tağızadə bunları deyib.
"Bir neçə gündür ki, Bakıya, doğma vətənimə gəlmişəm. Təsəvvür etməzsiniz ki, Bakı üçün necə darıxmışdım. Gəldiyim gündən ancaq gəzirəm, dostlarım, tanışlarım, qohumlarım məni evlərinə qonaq dəvət edir. Yoldaşımdan müvəqqəti uzaq düşmüşəm, çünki o, işləri ilə bağlı gələ bilmədi. Allah onu heç vaxt məndən uzaq salmasın. İnşallah, bu dəfə onu da Bakıya gətirəcəyəm. Bir neçə gün, hələ ki, Bakıdayam. Anamın dadlı yeməklərindən yeyib, ona sarılıb yatıram".
Qeyd edək ki, aktrisanın ailəsində bir müddət əvvəl problem yaranmışdı. Belə ki, ərinin keçmiş arvadı illər sonra üzə çıxaraq onu şantaj etməyə başlamışdı. Aktrisa da, öz növbəsində, məhkəməyə müraciət edəcəyini bildirmişdi.
Emtv.az


