Pul yığılmasa, azərbaycanlı aktrisa kimsəsizlər qəbirsanlığında basdırılacaq
11-08-2017, 13:37 | Oxunub: 8 635 |
“Əminənin Türkiyədə basdırılmasına imkan verməyin. Xahiş edirəm, pul toplayın ki, Əminənin meyitini Bakıya gətirə bilək. Meyitin gətirilməsi üçün çox pul istəyirlər. 1 manat da olsa, kömək edin”.Emtv.az-ın məlumatına görə, bu sözləri musavat.com-a açıqlamasında aktrisa Sevinc Şirinova həmkarı Mila Əminənini ölümündən danışarkən deyib.O, bildirib ki, aktrisanın Türkiyədə dəfn olunmasının səbəbi imkansızlıqdır: “Dünəndən gözümün yaşı qurumur. İnana bilmirəm ki, Əminəni itirdik. Anası havalanıb, qızının ölümünü qəbul edə bilmir. Bu gün aparatdan ayrılmalıdır, amma anası imkan vermir. Deyir ki, balam ölməyib. Türkiyədə həmin aparat çox bahadır, məcburən bu gün ayıracaqlar. Pul olmadığı üçün Türkiyədə kimsəsizlər qəbirstanlığında basdırılacaq. Təklif etdilər ki, orqanları bağışlansın, anası razı olmadı. Biz o ailə ilə çox yaxınıq, rəfiqəm üçün ürəyim yanır. Hamı şəklini paylaşıb, “Allah rəhmət etsin” yazıb. Allah hamınızdan razı olsun. Sizlərdən xahiş edirəm, pul toplayın ki, Əminənin meyitini Bakıya gətirə bilək. Meyitin gətirilməsi üçün çox pul istəyirlər. 1 manat da olsa, kömək edin. Mən varlı deyiləm, o pulu ödəyə bilmərəm. Amma pul toplayıb, onun meyitini Bakıya gətirə bilərik. Biz isə bunu istəmirik. Imkanlı şəxslərdən xahiş edirəm ki, kömək etsinlər. 0552275929 mənim nömrəmdir. Kömək etmək istəyənlər mənə zəng etsinlər”.Qeyd edək ki, Mila Əminə meningit xəstəliyinə düçar olub. Vəziyyəti ağırlaşan aktrisa komaya düşüb.Xatırladaq ki, Əminə son olaraq “3 badam, 1 qoz” filmində rol almışdı.Emtv.az
OXŞAR XƏBƏRLƏR