18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Orxana ev verdik, razılaşmadı” – İlhamənin bacısı miras davasında..
Mərhum xalq artisti İlhamə Quliyevanın şərəfinə içki hazırlanması ailəsinin narazıçılığına səbəb olub.
Emtv.az axşam.az-a istinadən məlumat verir ki, mərhumun bacısı Gülbahar Quliyeva “Hər şey daxil”ə açıqlamasında xalq artistinin adının belə şeydə hallanmasını istəmədiklərini deyib:
“Bu nə biabırçılıqdır? Səviyəsiz söhbətlərdir, mən buna görə narahatam. Bu, yubiley münasibətilə hazırlanan bir içki idi. Ona hədiyyə edilmişdi. Bundan bizdə də var. Bacım nə içki içən idi, nə də içki məclisi qururdu”.
G.Quliyeva bacısının mahnısını oxuyan ifaçıların onlardan icazə almamasından şikayətlənib.
O, İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovla aralarındakı məhkəmə prosesindən söz açıb:
“Orxanı evimə dəvət etmişəm, vəkilim də ona təklif verib. Demişəm, ayağını məhkəmələrdən kəs. Dövlət səni övlad kimi tanımayacaq. İlhamə sağlığında səni oğul kimi qəbul etməyəcək. Dövlət bizə nə versə, sənə pay ayıracağıq. İlhamə xanımdan iki ev qalıb. Ona dedik ki, Tükəzban xanımdan (ilhamə Quliyevanın anası, xalq artisti Tükəzban – red.) qalan üçotaqlı evi Orxana verək. O da razılaşmadı. İlhamə xanımın şəhid qardaşı olub. Mirasdan onlara pay verildi. Rəhmətə gedən bacısının uşaqlarına bir pay çatdı. Qalanlar isə biz bacıları və qardaşı arasında bölündü”.
Emtv.az