18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Ailəmlə birlikdə anamın evində yaşayıram" - İlhamə Quliyevanın oğulluğu
Mərhum xalq artisti İlhamə Quliyevanın mirası üstündəki məhkəmə prosesi hələ də davam edir.
Emtv.az-ın axşam.az-a istinadən məlumatına görə, bu günlərdə müğənninin oğulluğu Orxan Nadirovun mərhumun yaşadığı mənzildən çıxarılması haqda xəbər yayılıb.
O.Nadirov əməkdaşımızla söhbətində bildirib ki, bunlar yalnız şayiədir. O, hələ də ailəsi ilə birlikdə İ.Quliyevanın evində yaşayır:
“Qarşı tərəf nə iddia irəli sürsə də, məhkəmə davam edir. İş Ali Məhkəmədədir. Nə vaxt baş tutacağı bəlli deyil. Azərbaycan qanunun aliliyinə inanıram. Ümid edirəm ki, haqlı qərar veriləcək. Sonuncu məhkəmə baş tutandan sonra hər şey haqda açıqlama verəcəm. Ailəmlə birlikdə anamın evində yaşayıram”.
Qeyd edək ki, İ.Quliyevanın bacısı Gülbahar Quliyeva məhkəmə qərarı ilə mirasın bacılar və qardaşları arasında bölündüyünü demişdi. O, bildirib ki, Orxan hazırda həmin evdə qanunsuz yaşayır. Mənzil vərəsələrdən birinin adına keçirilib.
Gülbahar xanımın vəkili Zaur Niftəliyev əməkdaşımızla söhbətində mərhumdan qalan mirasın bölünməsini belə izah etmişdi:
"Bir qardaşı şəhid olub, bir bacısı rəhmətə gedib. Şəhid qardaşına çatan əmlak onun iki övladına, dünyasına dəyişən bacıya qalan miras isə qızına verilib. İlhamə xanımın iki avtomobili var: biri “İnfiniti” markalı 2013-cü il buraxılışlı, digəri 1998-ci il buraxılışlı BMW-dir. Bu isə 20 ilin maşınıdır, işləmir, heç satmaq da olmur. İstifadə üçün yararsızdır. Evlərə gəldikdə isə... Rəhmətlik anası Tükəzban xanımdan (xalq artisti Tükəzban İsmayılova - red.) qalmış üçotaqlı təmirsiz mənzil, özünün son vaxtlar yaşadığı evdir. Bundan başqa bir bağ sahəsi var. Bankların birində 300 min pulu var idi. Onun bir qismi bankdakı kreditinə, bir hissəsi pulun vaxtından əvvəl götürüldüyü üçün banka cəriməsinə çıxıldı. Ailə üzvlərinin əlinə yalnız 250 min manat pul gəldi. Qızıl əşyaları qalıb ki, dəyəri 25 minə yaxındır".
Emtv.az