SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İlhamə Quliyevanın köməkçisinə bəraət istənildi

27-12-2016, 14:29 | Oxunub: 10 104 |

İlhamə Quliyevanın köməkçisinə bəraət istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Emtv.az apa-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib.

O qeyd edib ki, cinayət işində olan materiallar sübut kimi qiymətləndirilə bilməz:

"İlhamə Quliyevanın əmlakını ələ keçirmək üçün Vüqar Bəkirov və Orxan belə bir ssenari qurublar. Mehriban Hüseynovanın əleyhinə ifadə verən Vüqar Bəkirov hazırda dələduzluq ittihamı ilə həbsdədir. Bu, bir daha Mehriban Hüseynovanın günahsız olduğunu sübut edir. Əgər Mehriban Hüseynovanın əməlində soyğunçuluq niyyəti olsaydı, onda olan etibarnamədən əvvəlcədən istifadə edərdi. Açıq talama yolu ilə daşınmaz əmlakı ələ keçirmək mümkün deyil. Mən hesab edirəm ki, Mehriban Hüseynovanın əməlində heç bir cinayət tərkibi yoxdur və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edirəm".

Vəkil qeyd edib ki, İlhamə Quliyeva tərəfindən Mehriban Hüseynovaya qarşı zor tətbiq edilib.

Proses dekabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR