18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DTX-dan əməliyyat: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu – Foto
Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən Emtv.az-a verilən məlumata görə, müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Emtv.az