SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir

19-01-2018, 17:40 | Oxunub: 28 781 |

Faiq ƏHMƏDOV: Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında qeyri-qanuni fərman imzalamışdı.

1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir

Emtv.az xəbər verir ki, bu gün "Esmamedia TV"-internet kanalında yayımlanan "Ay işığında" verilişinin növbəti çəkilişi olub.

Veriliş Xalqımızın unudulmaz qan yaddaşı olan 20-Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir.

Qeyd edirik ki, "Ay işığında" verilişinin qonaqları tanınmış qələm dostlarımızdan “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, "Müstəqil Lider" jurnalının baş redaktoru, "Heydər Əliyev", "Azərbaycan Bayrağı" və "Vicdanlı Qələm" mükafatlarının lauriyatçısı, tanınmış yazar-şair Faiq Əhmədov, "Ay İşığında" verilişinin lahiyə rəhbəri, İraq-Türkmən yazarlar birliyinin üzvü, "Qızıl Qələm" mükafatcısı, 3- kitabın müəllifi, tanınmış şairə Tahirə xanım Qarabağlı, ADMDK-nin üzvü, İraq-Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin üzvü, Qızıl Qələm" mükafatcısı, şairə, hacı-xanım Aygün Hüseyn, tanınmış şair Nadir (Ağdamlı) Hüseynov, tanınmış şairə Səadət xanım Məhərrəmova, Qızıl Qələm" mükafatcısı, şairə Xatirə xanım Rzayeva, tanınmış yazar, 3-kitab müəllifi, şairə Səadət xanım İbrahimova və "Bülbül" adına musiqi məktəbinin 8-ci sinif şagirdi, Büynəlxalq musiqi müsabiqəsinin və “Sübh Şəfəqləri” verilişinin qalibi tarzən Asim Pirimovda dəvət olunmuşdular.

Verilişdə iştirak edən “Azərbaycanın Səsi” İB-nin sədri, "Müstəqil Lider" jurnalının baş redaktoru Faiq Əhmədov qeyd etmişdir ki, 20 Yanvar faciəsindən 28-il ötməsinə baxmayaraq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990-cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatları və SSRİ DTK-nın “A” təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir

Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında qeyri-qanuni fərman imzalamışdı.

SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki, M.Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi:

1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir

- 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi;

- adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

-xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

-“Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. M.Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?

Onuda qeyd edək ki, verilişdə iştirak edən şairlərimiz veriliş boyu 20-Yanvar şəhidlərinə həsr etdikləri şeyirlərini də səsləndirmişdilər.

Sonda Faiq müəllim vurğuladı ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.

Bakının ən mötəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Hazırladı: Türkan Xubayarova
Emtv.az

1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir
1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir
1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir
1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir
1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir
1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir
1990-cı ilin 20 Yanvar günü Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir-"Esmamedia TV"-nin "Ay İşığında" verilişi 20 Yanvar şəhidlərinin 28-ci il dönümünə həsr edilmişdir

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR