18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rusiya Suriyada döyüşən muzdlu dəstələri qanuniləşdirir : Muzdlu hərbçilərdən Qarabağda Azərbaycana qarşı istifadə oluna bilərmi ? (Azər Rəşidoğlunun yazısı)
Rusiyada özəl hərbi şirkətlərin yaradılması ilə bağlı qanun layihəsi Dumaya təqdim olunacaq.
Emtv.az xəbər verir ki, bu barədə Dumanın deputatı Mixail Yemelyanov danışıb.
“Qanun xaricdə keçirilən anti-terror əməliyyatlarında, müttəfiq dövlətlərin suverenliyinin xarici təcavüzdən qorunmasında şəxsi hərbi şirkətlərin əməkdaşlarının cəlb olunmasına imkan yaradacaq. Bundan əlavə, neft və qaz, dəmiryolları kimi obyektlərin mühafizəsində istifadə olunacaq” – deputat belə deyib.
Sənəd Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriyada rus muzdlu əsgərlərinin hüquqi statusunun dəqiq müəyyən edilməsi ilə bağlı çıxışından sonra hazırlanmağa başlayıb.
Qanunda muzdlu əsgərləri sosial təminatı, onlara göstərilən xidmətlər öz əksini tapacaq. Muzdlulara xarici dövlətlərin suverenliyini pozmaq və sərhədləri dəyişmək, qanuni dövlət orqanlarını devirmək, kütləvi qırğın silahlarından istifadə qadağan olunacaq.
Parlamentdə müdafiə üzrə komitənin deputatı Vladimir Şamalov ABŞ və sair ölkələrin muzdlu hərbçilərə sahib özəl hərbi şirkətlər yaratmaq praktikasının olduğunu qeyd edib. Özəl hərbi şirkətlər ehtiyatda olan hərbçilər üçün yeni iş yeri kimi xidmət göstərəcək.
Vurğulayaq ki, əslində, söhbət dövlətin nəzarətindən kənar, ayrı-ayrı şəxslərin himayəsində olan quldur dəstələrindən gedir. Belə dəstələr dövlət büdcəsi hesabına deyil, müxtəlif imkanlı iş adamları vasitəsilə maliyyələşdirilir.
Əslində, adıçəkilən qanun layihəsində həqiqətdən daha çox blef elementləri mövcuddur. Rusiyada insan resurslarının bu dəstələrin formalaşdırılması üçün kifayət etdiyini də söyləmək imkansızdır. Digər tərəfdən, bu ordu peşəkarlıq baxımından ABŞ-ın dəniz piyadaları qüvvələri, yaxud Türkiyənin xüsusi təyinatlıları ilə müqayisə edilə bilməz.
Bir sözlə, quldur dəstələri yaratmaqla Rusiya beynəlxalq konvensiyalara uyğun olaraq götürdüyü öhdəlikləri kobudcasına pozur. Adi Silahların və Silahlı Qüvvələrin Saxlanılmasına dair Beynəlxalq Konvensiyanın cinah sazişinə görə, hər bir ölkə, o cümlədən, Rusiya qoşun növlərinin saxlanılması üçün kvotaya malikdir. Həmin konvensiya həm də silahlı qüvvələrin təşkilinin qaydalarını müəyyənləşdirir. Rusiya isə muzdlu quldur dəstələri formalaşdırmaqla qanunlara hörmətsizlik edir.
Burada Azərbaycanı narahat edən bir nüans mövcuddur. Rusiya sülhməramlı qüvvələr adı altında Dağlıq Qarabağa qoşun yeritmək istəyir və Bakıya təzyiq etməkdən ötrü muzdlu quldur dəstələrindən istifadə edilir. Halbuki Rusiya sülhyaratma prosesinə məsul dövlətlərdən biridir. Belə quldur dəstələri yaradıb onları Dağlıq Qarabağa yerləşdirmək Azərbaycana və beynəlxalq aləmə qarşı meydan oxumaq deməkdir. Bu, Azərbaycanın qanunlarının və konstitusiyasının pozulmasıdır.
Unutmaq olmaz ki, muzdlular Rusiya Müdafiə Nazirliyi tərəfindən təchiz edilirlər və onların tabeçilyi Baş Kəşfiyyat İdarəsinədir. Muzdlular hərbi təcrübəyə malik peşəkar simalardır. Belə görünür ki, rəsmi Bakı rus desantının muzdlular adı ilə Qarabağa atılmasına sərt etirazını bildirəcək.
Rusiya Ermənistan adlı qondarma dövlətin əsas qarantı olaraq qalır. Hamı bilir ki, Ermənistanın iqtisadi, energetik sferası Rusiyanın nəzarətindədir, bu ölkədəki rus hərbi bazaları ən əvvəl onun təhlükəsizliyi üçün və İrəvanın yazılı xahişi ilə Ermənistandadır. Ermənistanın Türkiyə və İranla sərhədlərini də Rusiya sərhədçiləri (Federal Təhlükəsizlik Xidməti) qoruyur. Kreml daha qabağa gedir və muzdlu adı ilə Rusiya hərbçilərinin işğal altındakı Dağlıq Qarabağa qanunsuz, Bakının icazəsi olmadan yeridilməsindən gedir. Bakı buna seyrçi qala bilməz…
Emtv.az