SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Komaya düşən deputatın vəziyyəti necədir?

16-01-2018, 14:28 | Oxunub: 8 215 |

Komaya düşən deputatın vəziyyəti necədir?

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik.

Emtv.az xəbər verir ki, Nəriman Əliyevin səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Cavanşir Paşazadə onun son durumundan söz açıb.

Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin ürək əməliyyatını digər deputat həmkarı Rəşad Mahmudov edib.

“Vaxtında olunmuş əməliyyatdır. Allah rəhm edib ki, həmin vaxt orda Rəşad həkim olub. Nəriman müəllimin vəziyyəti hazırda stabildir.

Xarici ölkələrdən də həkimlər dəvət olunub. Onlar da baxıblar. Burada edilən əməliyyatı yüksək qiymətləndiriblər. Artıq komada deyil, amma reanimasiyada qalmaqdadır.

Nəriman müəllimin ürək damarları müəyyən qədər dəyişdirilib. Vəziyyəti stabilləşməyə doğru gedir. Nəriman müəllim artıq ətrafa reaksiyalar verir, insanları tanıyır, danışır. Hesab edirəm ki, qısa müddətdə fəaliyyətini davam etdirəcək.

Onun yanına hələ ki adam buraxmırlar. Dünən yoldaşını yanına buraxdılar. Nəriman müəllimi narahat etməyə heç bir əsas yoxdur. Çünki bu xəstəliyin metodu belədir. Ona Allahdan tezliklə şəfa diləyirəm”.

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR