SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xalq artisti Gəncədə dəfn olunub

28-11-2016, 11:40 | Oxunub: 11 454 |

Xalq artisti Gəncədə dəfn olunub

Azərbaycanın xalq artisti, dirijor Nəriman Əzimov Gəncədə dəfn edilib.

Emtv.az xəbər verirki, onunla vida mərasimi Gəncə Dövlət Dram Teatrında təşkil olunub. Mərasimdə şəhərin mədəniyyət, elm və ictimaiyyət nümayəndələri iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Sənan Hacıyev, AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev çıxış edərək Nəriman Əzimovun həyat və yaradıcılığından danışıblar.

Xalq artisti Fikrət Verdiyev bildirib ki, uzun illər Nəriman Əzimovla dost olub. Onun 40 ildən artıq dahi Üzeyir Hacıbəyovun yolunu davam etdirdiyini deyən F. Verdiyev Nəriman Əzimovun Gəncənin mədəniyyət həyatı üçün böyük işlər gördüyünü, bu şəhərdə ansambl yaratdığını söyləyib. Digər çıxış edənlər Nəriman Əzimovla bağlı xatirələrini danışıblar. Övladları Nadir və Namiq Əzimovlar atalarının xatirəsini əziz tutduqlarına görə ictimaiyyət nümayəndələrinə və İcra hakimiyyəti aparatına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib. Məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş.

Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

Nəriman Əzimov 1982-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Mərhum vəsiyyətinə uyğun olaraq Gəncənin Səbsikar qəbiristanlığında anasının məzarının yanında torpağa tapşırılıb. apa

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR