SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Püskürən vulkanın yaşayış məntəqəsinə təhlükəsi var? – İcra Hakimiyyətindən açıqlama

16-01-2018, 14:19 | Oxunub: 8 727 |

Püskürən vulkanın yaşayış məntəqəsinə təhlükəsi var? – İcra Hakimiyyətindən açıqlama

Şamaxının Quşçu kəndində püskürən palçıq vulkanının əhaliyə və əkin sahələrinə heç bir təhlükəsi yoxdur.

Emtv.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib.

Qurum sözçüsü bildirib ki, əraziyə baxış keçirilib və proses nəzarətdə saxlanılır: “Həcminə görə çox kiçik vulkandır. Həmin ərazidə ildə bir dəfə belə püskürmə olur və heç bir təhlükəsi yoxdur. Bir neçə gün əvvəl də belə bir hadisə olub, palçıq vulkanı püskürüb. Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Nazirlik də məsələni nəzarətdə saxlayır, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı da. Hazırda vulkanda hər hansı bir aktivlik, təhlükə hiss olunmur”.

R.Əliyev bildirib ki, püskürən vulkan kəndin yaşayış sahəsindən təxminən 300-400 metr kənardadır.

Şamaxı Quşçu kənd icra nümayəndəsi Bəşir Bəhramov isə Trend-ə bildirib ki, hazırda vulkan ərazisi üçün 1 hektar ərazi ayrılıb və həmin ərazidə təsərrüfat işləri ilə məşğul olunmur: “Vulkan püskürməsi zamanı palçıq təxminən 60 kvadratmetr sahəyə yayılıb. Hazırda vəziyyət sabitdir. Bu, sönmüş vulkandır və ona görə də qorxusu yoxdur. Hazırda vulkanda aktivlik hiss olunmur. Vulkan hər bir-iki ildən bir püskürür. Sönmüş vulkandır və kəndin yaşayış məntəqəsindən kənarda yerləşir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR