SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

FHN-in baş leytenantı Bakıda vəzifəli şəxslərin evini soyurmuş

12-01-2018, 15:29 | Oxunub: 6 679 |

FHN-in baş leytenantı Bakıda vəzifəli şəxslərin evini soyurmuş

Fövqəladə Hallar Nazirliyinin baş leytenantı cinayətkar dəstə yaradaraq silsilə oğurluqlar törətməkdə ittiham edilir.

Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bununla bağlı istintaq Bakı Şəhər Prokurorluğu tərəfindən tamamlanıb və bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun icraatında məhkəmə işi başlayıb.

Oğurluq maddəsi ilə başladılan cinayət işində Nicat Əliyev, Orxan Quliyev, Təhməz Əsgərov, Rişan Bayramov, Camal Heydərov və Cavid İsazadə təqsirləndirilən şəxs qismində cəlb edilib. Eyni zamanda, oğurluq olduğunu bildiyi halda həmin məhsulları, yəni 9 kondisioneri alaraq özündə saxlayan Ağarəhim Əliyev də cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakdan istifadə etməkdə ittiham edilib. C.İsazadə və A.Əliyev barəsində başqa yerə getməmək, digər 5 şəxs barəsində həbs qərarı verilib.

1992-ci ildə Lerik rayonunda anadan olan N.Əliyev bu cinayətləri törədərkən Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətində Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə inspektor vəzifəsində işləyib və baş leytenant rütbəsi daşıyıb.

Dəstənin silsilə cinayətlərinin üstü isə Səbail rayonu, Badamdar qəsəbə sakini Əbdüləzim Mustafayevin şikayətindən sonra açılıb. Onun obyektindən 9000 manat olan 9 ədəd "Bosch" markalı kondisionerlər və digər müxtəlif məişət cihazları oğurlanıb. Dəstə üzvləri cinayətlərin əksəriyyətini eyni qəsəbədə həyata keçiriblər. Zərərçəkmişlərin də bəziləri vəzifə sahibi olub.

Belə ki, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanan Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz baş gömrük idarəsinin Fəaliyyətin qiymətləndirilməsi bölməsinin rəisi vəzifəsində işləyir. Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlayan Mərahim Ələkbərov isə "Azəravtoyol" ASC-də Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis vəzifəsində işləyir. Evindən 2500 manat dəyərində məişət avadanlıqları oğurlanan Mübaris Qəhrəmanov da "Tirmə" firmasında direktor vəzifəsində işləyir. Heydər Əliyev adına liseydə ingilis dili müəlliməsi işləyiən Ayna Sadıqovanın evindən 21343 manatlıq qızıl və brilyant qaşlar oğurlanıb. "AG" bank ASC-də kommunikasiya böyük mühəndisi Azad Əliyevə məxsus evdən 12 min manatlıq qızıl-zinyət əşyaları da onların "yem"inə çevrilib.

Dəstə üzvləri bundan başqa, Əfqan İbrahimova məxsus fərdi evdən 700 manat dəyərində "HP" markalı noutbuk və ümumi dəyəri 2000 manat olan qızıl, "Dell" markalı noutbook, 100 ABŞ dolları, 100 manat, İsmayıl Dağıstanlıya məxus evdən 360 manat dəyərində 3 ədəd suvenir, Abbasqulu Tağıyevə məxsus evdən 2800 manat nəğd pul, bir ədəd qızıl saat və bir ədəd brilliant qaşlı üzük, Şahmar Bağırova məxsus evdən 750 manat dəyərində "ASUS" markalı noutbuk və içərisində 300 manat pul olan daxılı, Rəşad Əkbərova məxsus evdən 2 ədəd qızıl sep və 25 manat pulun oğurlamaqda təqsirləndirilirlər.

FHN əməkdaşı Nicat Əliyev ittiham olunduğu epizodlar üzrə ifadə verərək cinayətləri etiraf etsə də, oğurladıqları pulun miqdarı və əşyaların dəyəri ilə razılaşmayıb. O bildirib ki, gömrükçü Vüqar Əliyevin mənzilinə evin arxasından, hasarın daha alçaq yerindən Camalla birlikdə girib, Orxan isə pusquda dayanıb: "O evdən bijuteriya və 200 manat götürdük. Ayna Sadıqovanın evindən oğurluq etmək mənim, Orxanın və Camalın ortaq fikri idi. Burda da eyni qaydada hərəkət etdik, Orxan vintaçanla pəncərəni açdı, evə girdik. Ordan qızılları götürüb səhərisi gün "Moskva Univermağı"nda 3-4 min manata satdıq. O qızılların dəyəri 21 min deyildi. Azad Əliyevin evində isə Rişan və Təhməzlə girdim, ordan götürdüyümüz qızıllar da 12 minlik olmazdı. Mərahim Ələkbərovun evinə Orxanla girdim, onun ailəsindən Aidəni əvvəldən tanıyırdım. Ordan cəmi 250 manat götürdük, o evdə ümumiyyətlə qızıl yox idi".

N.Əliyev digər epizodlarla bağlı da danışıb və bəzi hallarda qızılların dəyərinin çox aşağı olduğunu deyib.

Təqsirləndirilən şəxslərdən O.Quliyev, T.Əsgərov və C.Heydərovun himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR