17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Deputatların maaşı qalxmayıbmış – “Kimlərsə məsələni qarışdırır”
“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı deyib.
O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, – deyə o bildirib.
Qeyd edək ki, bir müddətdir, sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclis deputatlarının maaşlarının 800 manat artırıldığı barədə məlumatlar dolaşır.
Hazırda MM sədrinin aylıq vəzifə maaşı 2250 manat, MM sədrinin birinci müavininin maaşı 2025 manat (MM sədrinin aylıq vəzifə maaşının 90 faizi miqdarında), MM sədrinin müavininin maaşı 1912,5 manat (MM sədrinin aylıq vəzifə maaşının 85 faizi miqdarında), MM-in komitə sədrinin maaşı 1800 manat (MM sədrinin aylıq vəzifə maaşının 80 faizi miqdarında), MM-in komitə sədrinin müavininin maaşı 1687,5 manat (MM sədrinin aylıq vəzifə maaşının 75 faizi miqdarında), MM-in deputatının maaşı isə 1575 manatdır (MM sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında).
Emtv.az