18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MM tətilə çıxır, deputatlara məzuniyyətlə bağlı veriləcək vəsaitin miqdarı məlum olub
Azərbaycan Milli Məclisi iyulun 15-dən yay tətilinə çıxır.
EMTV.az yerli mətbuata istinadən məlumatına görə, parlamentin məzuniyyəti avqustun 30-da başa çatır.
Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.
Builki məzuniyyət müddətində sədrdən sıravi deputata qədər hər kəsə iki aylıq vəzifə maaşı miqdarında vəsait veriləcək.
Hazırda Milli Məclisin sədri 2250 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vergi tutulmayan vəsait ödənilir.
Qeyd edək ki, “Deputatın statusu haqqında” qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.
Parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq.
EMTV.az