17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Vergilər Nazirliyində “yarpaq tökümü” davam edir.
Vergilər Nazirliyində keçmiş nazir Fazil Məmmədova yaxın olmuş kadrların “yarpaq tökümü” davam edir.
Xatırladaq ki, bu il avqustun 30-da Habil Məmmədovun vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri təyin olunması ilə F.Məmmədovun müşavirlərinin sayı 12-ə çatmışdı. Buna qədər 11 nəfər – Ələkbər Məmmədov, Riyad Hüseynov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov, Əflatun Məmmədov, İlqar Əhmədov, Mahir Rəfiyev, Rahim Əfəndiyev nazirə müşavirlik edirdi.
Hökumətdəki mənbənin Modern.az-a verdiyi məlumata görə, nazir dəyişikliyindən sonra F.Məmmədova yaxın olan Firuz Həsənov və Riyad Hüseynov könüllü surətdə ərizə yazaraq, nazirlikdən ayrılıblar. Beləliklə, nazir müşavirlərinin sayı avtomatik olaraq 10-a düşüb.
Bu gün yayılan məlumata görə, yeni nazir Mikayıl Cabbarov müşavirlərlə bağlı dəyişiklik edib. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər. C.Qasımov bundan öncə Təhsil Nazirliyinin Aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.
C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.
Köhnə komandadan olan Ələkbər Məmmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Əflatun Məmmədov, İlqar Əhmədov, Mahir Rəfiyev, Rahim Əfəndiyevin vəziyyətinin heç də ürəkaçan olmadığı bildirilir. Bəzi məlumatlara görə, Vergilər Nazirliyində müşavirlərin sayının azaldılacağı gözlənilir. Bu isə o deməkdir ki, eks-nazir Fazil Məmmədovun komandasında olmuş müşavirlərin işdən azad ediləcəyi istisna deyil.
Xatırladaq ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev də artıq yola salınıb. O, Fazil Məmmədovun yeznəsidir.
Emtv.az