18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Son dəqiqə : Türkiyə məhkəməsi ABŞ kəşfiyyat rəsmisi haqda həbs qərarı verdi – Dövlət çevrilişi cəhdi ittihamı
İstanbul məhkəməsi prokurorluğun tələbi üzrə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Milli Kəşfiyyat Şurasının keçmiş sədr müavini Qrehem E.Fuller haqqında həbs qərarı çıxarıb.
Emtv.az xəbər verir ki, 15 iyul çevriliş cəhdi zamanı Türkiyədə olduğu və sonra ölkəni tərk etdiyi iddia edilən ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı Milli Kəşfiyyat Şurasının (National Intelligence Council) keçmiş sədr müavini Qrehem E.Fuller haqqında həbs qərarı verilib. Qrehem E.Fullerin çevriliş cəhdi sonra Türkiyəni tərk etdiyi bildirilir.
İstanbul prokurorluğu Qrehem E.Fullere “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə təşəbbüs və dövlətin gizli qalması lazım olan məlumatlarını siyasi və ya hərbi casusluq məqsədilə ilə yayma, konstitusion quruluşu devirməyə cəhd” ittihamları irəli sürüb.
Prokurorluğunun tələbi ilə məhkəmə tərəfindən verilən həbs qərarında diqqət çəkən məqamlardan biri 15 iyul dövlət çevrilişi cəhdindən sonra Qrehem E.Fullerin Türkiyəni tərk etmiş olması haqda məlumat verilməsidir. Məhkəmənin qərarına görə, keçmiş MKİ rəsmisi tutulmaq üçün axtarışa verilib.
Qeyd edək ki, bir neçə gün öncə, Rusiya prezidenti Putinin strateqi Aleksandr Dugin MKİ rəsmiləri Henri Barkey və Qrehem E. Fullarin Böyükadada çevriliş cəhdini hazırlayan bir toplantıya qatıldıqlarını bildirmişdi.
“Rus kəşfiyyatının bu barədə əlində dəqiq dəlillər var və bu dəlilləri Türkiyəyə çatdırdı. Çevriliş cəhdi heç şübhəsiz, MKİ agentləri tərəfindən idarə edilirdi” deyə Dugin qeyd etmişdi.
Emtv.az