SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Şərur rayonundakı qədim tarixi abidədə bərpa işləri aparılır

24-11-2017, 15:15 | Oxunub: 11 404 |

Şərur rayonundakı qədim tarixi abidədə bərpa işləri aparılır

Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində olduğu kimi, Şərur rayonu ərazisində mövcud olan tarixi-memarlıq abidələrinin bərpasına da xüsusi diqqət yetirilir. Məqsədyönlü və sistemli şəkildə aparılan bu işlər rayonun Yengicə kəndindəki qədim hamamı da əhatə edib.

Emtv.az xəbər verir ki, hazırda Yengicə hamamında bərpa işləri aparılır. Hamamın fasad hissəsində üzləmə işləri yekunlaşmaq üzrədir. Burada qırmızı kərpicdən istifadə edilir. Memar və ustalar hamamın ilkin quruluşunun qorunub saxlanılması üçün səy göstərir, milli memarlıq ənənələri əsasında bərpa işlərini davam etdirirlər.

Dam örtüyü bərkidildikdən sonra isə günbəzlərin üzlənməsi nəzərdə tutulub. Hamamın daxilində də bərpa işləri aparılır. Bərpa işləri başa çatdıqdan sonra ətraf abadlaşdırılacaq, yenidən həyata vəsiqə alan tarixi abidə kəndin mənzərəsinə yeni çalarlar gətirəcək.

Qeyd edək ki, Yengicə hamamı kəndin mərkəzində böyük bir ərazini tutan Çarşıbazarın başlanğıcında inşa olunub. Şərq memarlığı üslubunda inşa edilmiş bu hamam yerli əhalinin fikrincə, XVIII əsrdə əslən Şahtaxtı kəndindən olan Tovuz xanım adlı qadın tərəfindən tikdirilib. Müəyyən dağıntılara uğrasa da, zəmanəmizədək gəlib çatıb. Hamamın ümumi sahəsi 650, daxili sahəsi isə 545 kvadratmetrdir. Bina bişmiş kərpiclə əhəng məhlulu istifadə olunmaqla tikilib. Zalları örtən sferik günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, hamamın daxili planı yaxşı vəziyyətdədir. Bu da hamamın ilkin quruluşunu hərtərəfli bərpa etməyə imkan verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR