SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada vərəmin erkən aşkarlanması üçün şagirdlər arasında kütləvi diaskin sınağı aparılacaq

24-11-2017, 15:12 | Oxunub: 6 368 |

Muxtar respublikada vərəmin erkən aşkarlanması üçün şagirdlər arasında kütləvi diaskin sınağı aparılacaq

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “Diaskin test preparatı və onun əhəmiyyəti” mövzusunda seminar təşkil olunub.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən təşkil olunan tədbirdə xəstəxananın baş həkimi Rəhim Rəhimov çıxış edib. Bildirib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan dünyada hər dəqiqədə iki insanın həyatına son qoyur və əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Odur ki, xəstəliyin erkən diaqnozunun qoyulması və müalicəsinin vaxtında başlanması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına əsasən, noyabrın 27-dən dekabrın 7-dək uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkarlanıb vaxtında müayinə və müalicəyə cəlb olunması üçün şagirdlər arasında kütləvi diaskin sınağı aparılacaq.

Vurğulanıb ki, hazırda bu mühüm kampaniya üçün təşkilati işlər görülür, məktəblərdə maarifləndirmə işi aparılır. Diaskin testin yüksək səviyyədə həyata keçirilməsinin mahiyyətinin və əhəmiyyətinin öyrənilməsi məqsədilə artıq rayon mərkəzi xəstəxanaları, şəhər, rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində test sınaqlarına cəlb edilən uşaqların siyahılarının tərtib olunmasına başlanılıb. Ərazi prinsipi üzrə bir həkim və iki tibb bacısından ibarət xüsusi briqadalar yaradılıb.

Xəstəxananın ftiziatrı Dilşurə İsmayılova “Diaskin testin kimyəvi tərkibi, mantu sınağından fərqi”, pediatr Səkinə Tarverdiyeva “Diaskin test–nəticələri, risk qrupları və fəsadları”, Naxçıvan Muxtar Respublikası Ağ ciyər Xəstəlikləri Dispanserinin ftiziatrları Məmmədəli Ələkbərov “Uşaqlarda erkən vərəm intoksikasiyasının aşkarlanması”, Zeynəb Bağırova “QİÇS və vərəm” mövzularında məruzə ediblər.

Bildirilib ki, diaskin test həssas və yüksək spesifik preparat kimi, vərəmə yoluxmuş və vərəmə yoluxma riski yüksək olan insanların aşkar edilməsində mühüm rol oynayır. Belə ki, mantu sınağında dəqiqlik 70 faizdirsə, diaskin testdə bu göstərici 98 faizdir. Bu testin bir üstün cəhəti də mantu sınağında rast gəlinən allergik reaksiyaların və yalançı müsbət nəticələrin olmamasıdır. Bir sözlə, diaskin test vərəmə yoluxmuş xəstələrin erkən aşkar olunması və yoluxmuş insanların müalicəsinin effektivliyini göstərən dəqiq sınaq üsuludur.

Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-pediatr və vaksinatorların, şəhər və rayon gigiyena epidemiologiya mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR