SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ukraynada Luqansk separatçıları arasında qarşıdurma yaranıb

21-11-2017, 16:17 | Oxunub: 6 161 |

  Ukraynada Luqansk separatçıları arasında qarşıdurma yaranıb

Noyabrın 20-də Ukraynadakı qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskiy daxili işlər naziri İqor Korneti vəzifəsindən azad edib.

Emtv.az "unian.net" saytına istinadən verdiyi məlumata görə, buna səbəb İ. Kornet barədə detalları açıqlanmayan cinayət işinin başlanması olub.

Bu gün isə Daxili İşlər Nazirliyinin binası zirehli maşınlar, avtomat və qumbaraatanlarla silahlanmış əsgərlər tərəfindən mühasirəyə alınıb. Onların İ. Plotnitskiyə loyal hərbçilər olduğu bildirilir. Luqansk şəhərinə Donetskdən hərbçilərin olduğu üç “Ural” maşını da gəlib.

İ. Kornet yaydığı bəyanatda Ukrayna xüsusi xidmət orqanları və “Luqansk Xalq Respublikası”nın təhlükəsizlik orqanının rəhbəri Anastasiya Şurkayevanın baş verənlərin arxasında olduğunu bildirib. Onun sözlərinə görə, “Luqansk Xalq Respublikası”nın administrasiyasının rəhbəri İrina Teytsman və “Daxili İşlər Nazirliyi”nin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Yevgeni Seliverstovun 2016-cı ilin sentyabrında “Luqansk Xalq Respublikası”nda dövlət çevrilişi cəhdində iştirak etdikləri üzə çıxıb: “Nəticədə sabiq baş nazir və mənim döyüş yoldaşım Gennadi Tsıpkalov öldürülüb, Xalq Milisi İdarəsinin komandir müavini Vitaliy Kiselyov uzunmüddətli həbsə məhkum edilib”.

İ. Plotnitskiy isə İ. Korneti istefaya göndərməklə düzgün addım atdığını söyləyərək hadisələrə görə sabiq naziri günahlandırıb. O, kadr dəyişikliklərinin davam edəcəyini vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR