17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mingəçevirdə üçəm qız dünyaya gəlib
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında gənc ananın üç övladı dünyaya gəlib.
Emtv.az xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1993-cü ildən bəri Mingəçevir şəhərində məskunlaşan Vüsal Mamedovun ailəsində dünyaya gəlmiş körpələrin hər üçü qızdır. Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində 10 dəqiqə fasilə ilə doğulub. İlk doğulan qızın çəkisi 1,9 kiloqram olub. Sonrakı uşaq 1,7 kiloqram, üçüncü körpə isə 1,6 kiloqramdır. Üçəmlərin və onların anası, 1987-ci il təvəllüdlü Fəxriyyə Mamedovanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılırlar.
Valideynləri körpələrə Mehriban, Leyla və Arzu adlarını veriblər.
Qeyd edək ki, gənc ailənin üçəmdən əvvəl bir qız övladı da var.
Emtv.az