17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 27 cərrahi əməliyyat aparılıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri muxtar respublikanın müasir səhiyyə müəssisələrindən olan Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 27 cərrahi əməliyyat aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər.
Entv.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərdə bildirilib ki, cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində xolesistoektomiya, kistoektomiya, hemorroidoektomiya, hernioektomiya və başqa əməliyyatlar aparılıb.
Xəstəxanada spinal anesteziya ilə növbəti yırtıq əməliyyatı da icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evə buraxılıblar.
Babək rayonunun Aşağı Buzqov kənd sakini Narıngül Qasımova başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də yüksək səviyyədə göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.
Emtv.az