SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

NATO təlimindəki Türkiyəyə qarşı rəzaləti ortaya çıxaran türk qızı kimdir? – FETÖ ona qarşı niyə cinayət işi açmışdı?

20-11-2017, 10:35 | Oxunub: 4 887 |

NATO təlimindəki Türkiyəyə qarşı rəzaləti ortaya çıxaran türk qızı kimdir? – FETÖ ona qarşı niyə cinayət işi açmışdı?

NATO-nun Norveçdə keçirdiyi “Trident Javelin-2017” təlimində Türkiyəyə qarşı edilən təhqiramiz davranışın əks-sədası hələ də davam edir. Məsələ araşdırılır, üzrxahlıqlar isə ard-arda gəlməyə davam edir.

Emtv.az xəbər verir ki, bir neçə gün əvvəl NATO təlimində Atatürk düşmən liderlər arasında göstərilmiş, prezident Rəcəb Tayyib Ərdoğanın da adına saxta səhifə açılaraq “düşmənlə əməkdaşlıq edən” şəxs kimi göstərilmişdi.

Hadisə mətbuata “Türk zabitlərin diqqəti sayəsində aşkara çıxarılıb” şəklində çatdırılmışdı, ancaq həmin zabitlərin kim olmaları barədə məlumat verilməmişdi. “Habertürk”ün yazarı Murad Bardakçı həmin zabitin Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmət edən türk qızı, mayor Ebru Nilhan Bozkurt olduğunu ortaya çıxarıb.

Mayor Bozkurt bir neçə il əvvəl FETÖ tərəfindən əziyyətlər verilmiş, haqqında cinayət işi açılmış bir zabitdir. Kapitan rütbəsində olduğu illərdə dövlətin gizli sənədlərini ələ keçirmək, bəzi təyyarələrin fotosunu çəkmək kimi ittihamlarla FETÖ üzvlərinin “Hərbi casusluq və şantaj işi”ndə müttəhim kimi təqdim edilmiş, 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi. 43 şəxs haqqında çıxarılan həbs və bəraət qərarlarının 7 dekabr 2013-cü ildə təsdiq olunması ilə bağlı haqqında həbs qərarı çıxarılmadan əvvəl ölkəni tərk etdiyi iddia edilmişdi.

Konstitusiya Məhkəməsinin ittiham olunan zabitlərə bəraət verməsindən sonra türk zabit vəzifəsinə geri qayıtmış, kapitan rütbəsinin vaxtı bitdikdən sonra mayor rütbəsi almış, HDQ-də vacib vəzifəyə təyin edilmişdi.

Mayor Bozkurt Norveçdə keçirilən “Trident Javelin-2017 təlimində Türkiyəni hədəf seçən qalmaqalı diqqəti sayəsində üzə çıxarıb. Bozkurt bu qalmaqalı təlimi xüsusi şəkildə simulyasiya edən “chatter” ve “facepage” bölümlərində apardığı təhlil zamanı ortaya çıxarıb. Hər gün izlədiyi “chatter”də prezident Ərdoğan adına saxta səhifə açıldığını, bu səhifə ilə Ərdoğan və düşmən qüvvələri arasında saxta mesajlaşmaların aprıldığını fərq edib. ABŞ prezidenti Donald Tramp adına da eyni tərzdə səhifə açılmışdı. Amma bu səhifədən NATO lehinə mesajlar göndərilirdi. Tayyib Ərdoğan adına açılan səhifədə isə Ərdoğanın düşmən qüvvələri ilə əməkdaşlıq etdiyi və silah müqavilələri işinə girdiyi iddia edilirdi, Atatürk də düşmən kimi hədəf göstərilirdi. Ərdoğan adına göndərilən saxta mesajların birində Rusiya prezidenti Vladimir Putinin təlimdəki simvolik adı olan “Prezident Joakim Blixen”dən bəhs edilirdi. Mesajda “Prezident Joakim Blixen ilə sabah Stokholm qalasında görüşəcəyik” yazılmış, daha sonra “Əziz izləyicilər Türkiyə Respublikasının SAA 20 raketləri məsələsində razılaşma əldə etdiyini elan etmək böyük bir zövqdür. Prezident Joakim Blixenə təşəkkürlər” yazısı və NATO-nu ələ salana karikaturadan istifadə olunmuşdu.

Saxtakarlığı ilk fərq etdiyi an “Prezidentimin adına söz dedirtmərəm” deyən mayor Bozkurt məsələ ilə bağlı dərhal komandirləri xəbərdar edib. Beləliklə, Türkiyə “müttəfiqi” NATO-da baş verən qalmaqaldan bir neçə il əvvəl FETÖ istintaq işlərinin qurbanına çevrilib, karyerası məhv edilən mayor Ebru Nilhan Bozkurtun diqqətin sayəsində xəbərdar oldu.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR