SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıtda laqeydlik: Səməd Vurğunun kirilcə xatirə löhvəsi, “Sumqayıt Xatirəsi”nin düşən hərfləri – Foto

16-11-2017, 12:30 | Oxunub: 13 008 |

Sumqayıtda laqeydlik: Səməd Vurğunun kirilcə xatirə löhvəsi, “Sumqayıt Xatirəsi”nin düşən hərfləri  – Foto

Bildiyiniz kimi, Səməd Vurğun küçəsi — Sumqayıtın ən uzun və mərkəzi küçəsidir. Onun uzunluğu 16,3 km-dir. Küçə Binəqədi-Novxanı yolundan başlayaraq, Sumqayıt inzibati ərazisinə aid olan Hacı Zeynalabdin qəsəbəsindəki Azadlıq küçəsində tamamlanır. Sumqayıtın ən uzun küçəsi olan bu küçə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun adına verilib. Lakin təəssüf ki, şəhərin 1-ci mikrorayonunda binanın, şairin adını daşıyan küçəyə baxan hissəsində divarda yerləşdirilən löhvədə xalq şairi haqqında məlumat sovet dövründən qalıb və təbii ki, kiril qrafikası ilə yazılıb. Bu löhvənin də indiyədək dəyişdirilməməsi də ana dilimizə bir növ hərmətsizlikdir. Çünki Azərbaycan əlifbası latın qrafikalıdır.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın əlifbasını bir modifikasiyasıdır, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır.

Bu neqativ faktı təkcə diqqətlizlik də adlandırmaq olmaz, bunu daha bu işlərə məsul şəxslərin laqeydliyi, şəhərə sayğısızlığı kimi də qiymətləndirmək olar.

Çünki ola bilməz ki, Sumqayıtda bütün obyektləri görən məmurlar bu boyda faktı görməsin. Görübsə də çox güman onun dəyişdirilməsinə ehtiyac görülməyib, bu, vacib sayılmayıb.

Laqeydlik elə təzə salınan Sumqayıt bulvarında quraşdırılan “Sumqayıt Xatirələri” adlı maraqlı tikilidən də bilinir. Bəlkə də bir neçə aydır ki,sumqayıtlıların , həmçinin şəhərə, bulvara gələn qonaqların şəhərdən xatirə üçün şəkil çəkdirdikləri sevimli yerin “Xatirələri” sözündən təkcə X ilə T qalıb. Buna isə nə bulvarın, nə də şəhərin məsul şəxsləri neçə vaxtdır bir tədbir görmür. Halbuki bunu həll etmək elə də çətin məsələ deyil.

Əlbəttə, ilk baxışdan fikirləşmək olar ki, şəhərdə görülən müəyyən abadlıq işlərinin fonunda bu, xırda məsələlərdir, amma demək lazımdır ki, şəhərdə irili-xırdalı problemlər çoxdur, sadəcə onlar bu və digər səbəblərdən mətbuatda az işıqlanır. Xırda məsələyə qalsa isə əslində, bu kimi ilk baxışdan o qədər də böyük görünməyən hallar məmurların şəhərə olan əsl münasibətin göstəricidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR