17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Ramil Usubov bilsə...” - Baş redaktorun Sumqayıt polisinə çağırılmasına REAKSİYA
H.Hacıyevin məsələyə münasibəti kəskin olub:
“Çox təəssüf ki, belə bir hal baş verib. Bu, çox utancverici haldır. Azərbaycan demokratik cəmiyyət qurur, ölkə başçısı da bu işlərin başında durur. O, demokratik bir insandır, mətbuata hörməti olan, jurnalistlərlə həmişə təmas quran bir insandır”
Bunu Politika.Az-a saytın baş redaktoru Xəyyam Salmanzadənin Sumqayıt polisinə çağırılmasına münasibət bildirərkən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Xatırladaq ki, X.Salmanzadə Sumqayıtda yaşamır, orada da qeydiyyatda deyil. Belə olan halda baş redaktorun bir versiyası qalır: “Sumqayıtdakı durumla bağlı yazılar yazmışam, görünür ona görə mənə təzyiq edirlər”.
“Məni narahat edən bir məsələ var, niyə bəzi məmurlar həmişə çalışırlar ki, prezidenti fakt qarşısında qoysunlar? Prezident hansı məsələyə daha çox önəm verir, istəyir ki, onda Azərbaycan başqa ölkələrə örnək olsun, məsələn, demokratiya, söz azadlığı sahəsində, onlar onun əksinə gedirlər. Bu, birbaşa prezidentə xəyanətdir. Prezident çalışır ki, Avropa Şurası ilə, Qərb dövlətləri ilə, münasibətləri düzəltməyə çalışır. Bilirsiz ki, onlar həmişə Azərbaycanda söz azadlığına basqıdan, jurnalistlərə təzyiqdən danışırlar. Cənab prezident də həmişə jurnalistlərin dostu olub, onlara qarşı təzyiqləri pisləyib. Amma neynəmək olar ki, bəzi məmurlar qılınclarını götürüb sağs-sola çapırlar. Elə bilirlər ki, elə Azərbaycan dövləti onların ata-babalarından miras qalıb. Həmişə prezidentin uğurlu işlərinə qarşı mübarizə aparırlar. Noolub axı, nə baş verib ki, jurnalisti polisə çağırıblar? Sumqayıtda o qədər həll olunmalı problemlər var ki. Bir jurnalist nəsə yazıbsa onu polisə çağırmaq lazımdır? Rəhmətli Heydər Əliyev həmişə deyirdi ki, jurnalistin nəsə yazmasından qorxmayın, onların yazdığının icra olunmasına güclü nəzarət yetirin. İndi jurnalist yazıbsa ki, filan yerdə korrupsiya var, rüşvət var, filankəs ölkənin yarısını alıb, filankəs Azərbaycanı dağıdır, bəlkə yalandı? Bu reallıqdı axı? Təəssüf ki, hüquq-mühafizə orqanlarının bəzi işçiləri bu məsələlərdə xırda məmurların tapşırığı ilə hərəkət edir”. H.Hacıyev politika.az daha sonra bildirib ki, əmindir ki, məsələ daxili işlər naziri Ramil Usubovun diqqətinə çatsa o dərhal reaksiya verəcək: “Onu yaxından tanıyıram, ədalətli insandır, böyük hörmətim var cənab nazirə. Ramil Usubov həmişə prezidentin arxasında duran insan olub. Düşünürəm ki, bu məsələni bilsə lazımi tədbiri görəcək, baş redaktoru çağıran polis işçisi haqda öz fikrini bildirəcək. Biz də jurnalistin yanındayıq, ona həmişə dəstək olmağa hazırıq, bir şey olsa mən də müəyyən dairələrə ağız açacam”.