18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ-a köçən Aynur Talıbova bir saatı 11 dollardan qabyuyan işləyir - FOTO
Zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn azərbaycanlı keçmiş telejurnalist Aynur Talıbova özü haqqında maraqlı məlumat paylaşıb. Xeyli vaxtdır ABŞ-da yaşayan A.Talıbova orada qabyuyan işlədiyini və bunu əks etdirən fotoşəklini yayıb.
Emtv.az yerli mətbuata istinadla xəbər verir ki, Aynur Talıbova işindən çox məmnun olduğunu deyib.
"Nəyə görə qabyuyan işləmək utancverici olmalıdır?! ABŞ böyük ölkədir. Burada qabı əllə yumaq heç də geridəqalmışlıq sayılmır. Qabyuyan işləmək də bir iş növüdür. Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, ABŞ-ın Virciniya ştatında qab yumaq məsləhətdir", - o bildirib.
A.Talıbovanın sözlərinə görə, ona qabyuyan işinin bir saatına görə 11 dollar ödənilir.
"Bir azdan qab yumağın texnikası üzrə kitab da yazmalı olacağam", - deyə keçmiş telejurnalist zarafatından da qalmayıb.
Aynur Talıbova ABŞ-da yaşasa da, ailəsi üçün mətbəxə tez-tez keçdiyini söyləyib: "Məgər hər gün restoranda oturub, yemək sifariş etmək olar?! Ailəm üçün bütün yeməkləri özüm hazırlayıram. Bu işi də sevə-sevə edirəm".
Qeyd edək ki, əvəllər "Lider" və "ANS" telekanallarında işləmiş Aynur Talıbova ailə qurduqdan bir müddət sonra ABŞ-a köçüb. O, Simran Baxış adlı azərbaycanlı ilə evlidir. Onların Uğur adlı bir oğulları var.
Emtv.az