SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

11-11-2017, 15:27 | Oxunub: 9 985 |

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il noyabrın 18-də “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Dövlət Proqramına uyğun olaraq noyabrın 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal festivalı” keçirilib.

Tədbirin aparıcıları xalqımızın əsrlər boyu arıçılıqla bağlı yaratdığı folklor nümunələrini, atalar sözlərini festival iştirakçılarının diqqətinə çatdırıblar. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək muxtar respublikanın təsərrüfat və məişət həyatında əsas yerlərdən birini tutan arıçılığın inkişaf tarixindən danışıb, zəngin təbiətin arıçılığın inkişafı üçün əlverişli şərait yaratdığını bildirib, Naxçıvan balının bioloji xüsusiyyətləri barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən bal, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları çıxarılıb. Həmçinin festivalda baldan hazırlanan müxtəlif şirniyyatların, araqların, doşab və şərbətlərin də satışı həyata keçirilirdi. Naxçıvan balı öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda, qonşu ölkələrdə də yaxşı tanınır və yüksək qiymətləndirilir. Tərkibi mineral maddələrlə zəngin olan Naxçıvan balı və arıçılıq məhsulları həm də müalicəvi əhəmiyyətə malikdir.

Ali Məclisin Sədri cənab Vasif Talıbov bal və digər arıçılıq məhsulları alıb, arıçılarla söhbət edib, onların qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, arıçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər, balın satışı üçün yaradılan şərait, arıçılıq əczaxanalarının fəaliyyət göstərməsi və dərman təminatı keyfiyyətli məhsul istehsalına və arı ailələrinin sayının artmasına səbəb olub. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi olmuşdursa, hazırda arı ailələrinin sayı 70 mindən çoxdur. Son illər arıçılar balla yanaşı, qiymətli arı məhsulları olan vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları da istehsal edirlər. Arı ailələrindən toplanılan və xüsusi tibbi əhəmiyyətə malik olan bu cür qiymətli arı məhsullarına tələbat ilbəil artır. Eyni zamanda balın qablaşdırılması və emalı müəssisələrinin fəaliyyət göstərməsi istehsal olunan məhsulun daha rahat satışına imkan verir.

Ali Məclisin Sədri muxtar respublikanın rayonlarında arıçılarla görüşlərin keçirilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması, lizinq yolu ilə bal süzən aparatların gətirilməsi və arıçılara verilməsi, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılmasının davam etdirilməsi, eləcə də arıxanaların yerləşdiyi ərazilərdə balyığma mənbəyi hesab olunan bitkilərin əkininə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Festival noyabrın 12-dək davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub.

Emtv.az
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR