17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
15 yaşlı qız niyə intihar etdi?
Bu gün Masallı rayonunda 15 yaşlı qız intihar edib.
Emtv.az lent.az-a istinadən xəbər verir ki, rayonun Kəlbəhüseynli kənd sakini 2002-ci il təvəllüdlü Günay Qədirova (ad şərtidir) özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.
Bildirilir ki, qızın valideynləri ayrı yaşayırmış və təxminən 2 ay əvvəl onun atası vəfat edib. Bu ilin yayında isə o, orta təhsilini yarımçıq saxlayaraq, 9-cu sinifdən məktəbdən çıxıb. Belə ki, qiymətləri elə də yaxşı olmayan G.Qədirovanın anası ərizə ilə müraciət edərək, övladının təhsilini davam etdirməsini istəmədiyini bildirib.
Məlum intihar hadisəsinə gəlincə, bildirilir ki, 15 yaşlı qız anası ilə birgə yaşayırmış. Bugünlərdə onlar arasında hələlik tam dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Anası ilə dalaşan qız evdən qaçıb. Bir qədər sonra isə onun bağda özünü asdığı məlum olub. Yeniyetmə qızını axtaran anası onun asılı vəziyyətdə qalmış meyitini tapıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri "Report" yayıb.
Emtv.az