17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı, Tovuz və Balakəndə intihar
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin intihar etməsi barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq talvardan asılı vəziyyətdə qalmış vətəndaşın cəsədi endirilərək aidiyyəti üzrə təhvil verilib.
Tovuzda intihar hadisəsi baş verib. Emtv.az-ın apa-ya istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhərində yerləşən xəstəxananın qazanxanasında qeydə alınıb. Orada çalışan şəhər sakini 1979-cu il təvəllüdlü Namazov Aqil Qəzənfər oğlu özünü dəmir borudan asıb. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, A. Namazov iki övlad atası olub.
Balakəndə 66 yaşlı qadın baş örpəyi ilə özünü ağacdan asıb.
Axşam saat 18 radələrində rayonun Talalar kənd sakini 1951-ci il təvəllüdlü Məhbulə Həmid qızı Qərzəliyevanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. 66 yaşlı Məhbulə Qərzəliyevanın intihar etdiyi məlum olub. Məlumatda dörd övlad anası olan Məhbulə Qərzəliyevanın son zamanlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Emtv.az