18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rusiyanın Astanada keçirilən Suriya toplantısına terror təşkilatı PKK/PYD-ni dəvət etdiyi üzə çıxdı, aləm bir-birinə dəydi… – Türkiyədən sərt açıqlamalar, müxaliflər toplantını tərk etdi
Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya toplantılarının yeddinci turu başlayıb.
Emtv.az xəbər verir ki, görüşlərin ikinci günündə Rusiyanın terror təşkilatı PKK-nın Suriya qolu PYD-ni də dəvət etdiyi bildirilir.
Rusiyanın bu qərarı Türkiyə və Suriya müxalifətinin narazılığına səbəb olub.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Rusiyanın bu addımını qəbuledilməz adlandırıb.
“Suriya məsələsində PYD və YPG-dən olmayan kürdlərin dəvət edilməsinə qarşı deyilik. Amma PKK-nın qolu olan PYD və YPG-yə Astanada yer verilməsini heç vaxt qəbul etmərik” deyə Kalın bildirib.
Suriya müxaliflərinin toplantılarda iştirak edən lideri Məhəmməd Alluş da Rusiyanın bu qərarından sonra, toplatılara qatılmayacaqlarını deyib. O, PKK/PYD-nin bir terror təşkilatı olduğunu, terror təşkilatı ilə bir masada oturmaq istəmədiklərini qeyd edib.
“Bizim olmasdığımız toplantı o deməkdir ki, bu toplantı rejimlə rejim arasında dialoqdur” deyə Alluş bildirib.
Bu arada Rusiyanın PYD-ni dəvət etməsinin məqsədi müzakirə mövzusuna çevrilib. İddialara görə, Əsəd rejimi PKK/PYD-yə Rakka qarşılığında muxtariyyət təklif edib. Lakin, PKK/PYD-nin bu təklifi rədd etməsindən sonra, Moskvanın hərəkətə keçdiyi bildirilir.
İddialara görə, Rusiya PKK/PYD-ni Astana toplantısına çağırmaqla, Əsəd rejiminin təklifinə razı salmaq istəyir.
Məlumatlara görə, Raqqanı İŞİD-dən alaraq PKK/PYD-yə təslim edən ABŞ Dəməşq rejiminə və Rusiyaya qarşı alternativ formalaşdırmaq istəyir. Moskva da bunun qarşısını almaq üçün PKK/PYD-ni öz tərəfinə çəkməyi planlaşdırır.
Bundan başqa Rusiya Suriyadakı etnik qrupların iştirakı ilə noyabrın sonunda Soçidə toplantı keçirmək istəyir. Lakin, Suriya müxalifləri həmin toplantıya da qatılmayacaqlarını bildiriblər.
Emtv.az