18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xüsusi təyinatlılar cüdo birinciliyinin qalibi olub
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən cüdo birinciliyinə yekun vurulub.
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 komandadan 85 hərbi qulluqçu 7 çəki dərəcəsi üzrə mübarizə aparıb. Hərbi qulluqçularla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları da cüdo birinciliyində iştirak edib.
Hərbi qulluqçuların cüdo birinciliyində komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə sərhədçilər, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb. Fərdi hesabda isə əsgərlər Məhəmməd Muradov (60 kiloqram), Orxan Cabbarlı (66 kiloqram), Orxan Əsgərzadə (73 kiloqram), Yusif Ələkbərov (81 kiloqram), baş leytenant Ziya Şıxəliyev (90 kiloqram), gizir Sadiq Qasımov (100 kiloqram), kiçik çavuş Dərya Quliyev (+100 kiloqram) birinci yerin qalibi olublar.
Qalib komandalara və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərmanlar təqdim edilib.
Emtv.az